28 aprel 2012 14:48
Böyükağa Hacıyev: Lənkəranda bizi buna məhkum etdilər
“Neftçi”nin baş məşqçisi Böyükağa Hacıyev Premyer Liqanın 30-cu turunun “Qarabağ”la oyunu öncəsi azerisport.az saytının suallarını cavablandırıb.
- Komandanız artıq Azərbaycan kubokunun finalına çıxmağı bacardı. İndi isə sizi “Qarabağ”la çempionat oyunu gözləyir. Şəxsən sizin üçün bu oyunlardan hansı daha vacibdi?
- Bilirsiz ki, biz turnirləri birinci və ya ikinci dərəcəli yarış hesab etmirik. Əks halda yalnız Premyer Liqaya güc qoyar, kubokun finalına çıxmazdıq. Belə olan halda çempionatdakı işlərimiz daha asan olardı. Amma mən hesab edirəm ki, “Neftçi” bu mövsüm qızıl dubl edə bilər.
- “Qarabağ”ın avrokuboklardan kənar qalmaq təhlükəsiylə üz-üzə olması vəziyyəti daha da gərginləşdirmir ki?
- “Qarabağ” mənim çox xoşuma gəlir. Qurban Qurbanov güclü komanda yarada bilib. Amma bizə qələbə çox lazımdı. Çünki çempionluğumuzu vaxtından öncə bayram etmək istəyirik. Əks halda turdan-tura gərginlik daha da arta bilər. Həm də “Xəzər Lənkəran”ın altı xalı qaytarıldığı üçün bizə daha da yaxınlaşıb.

- Yeri gəlmişkən, siz FİFA-nın bu haqda qərarını necə qarşıladınız?
- Mən hələ öncədən də demişdim ki, bu məsələdə futbolçuların günahı yoxdu. Onları cəzalandırmaq düz deyildi. Hər qazanılan xal futbolçuların əziyyəti bahasına başa gəlir.

- Kubokun finalında keçmiş komandanıza qarşı mübarizə aparacaqsız. “Bakı”yla həmin görüşdə motivasiyanın ən yüksək həddə olacağını demək olar?
- Kubokun finalında oynamaq üçün əlavə motivasiyaya ehtiyac yoxdu. Mən “Bakı”yla çempion olmuşam. İndi “Neftçi”nin uğurları üçün çalışıram və qalib gəlmək istəyirəm.

- “Xəzər Lənkəran”la oyundakı məğlubiyyətdən sonra komandanı necə toparlaya bildiniz?
- Biz Lənkəranda uduzmadıq. Sadəcə, bizi buna məhkum etdilər. Əgər icazə versəydiniz, bu haqda daha danışmazdım.

- Artıq avrokuboklara harda hazırlaşacağınızı müəyyənləşdirmisiz?
- Demək olar ki, hər şey müəyyənləşib. İyunun 12-də Bakıda toplanacağıq. Daha sonra Türkiyənin Bolu şəhərində təlim-məşq toplanışına yollanacağıq. İyunun 25-də isə Sloveniyaya gedəcəyik. Orda əsasən yoxlama oyunlarında qüvvəmizi sınayacağıq.

- Yığmamızın Belarusla matçının təxirə salınması sizi sevindirdi?
- Bu, bizə bir qədər istirahət etmək imkanı qazandırdı. Biz özümüz bu məqsədlə AFFA-ya müraciət etməyə hazırlaşırdıq. Amma hər şey qaydasına düşdü. Üç ardıcıl oyun keçirmək futbolçulara əlavə problem yarada bilərdi.