28 aprel 2012 15:43
Millimizin baş məşqçisi: Fiziki cəhətdən bəzi oyunçular istənilən səviyyədə deyil
Qazaxıstanın Almatı şəhərində təşkil olunmuş “Prezident kuboku” turnirində 17 yaşadək futbolçulardan ibarət Azərbaycan və Gürcüstan yığması arasında bu gün keçirilmiş oyundan sonra yığmamızın baş məşqçisi Təbriz Həsənov fikirlərini bildirib. Azerisport.az xəbər verir ki, o, komandamızın 1:0 hesablı qələbəsini belə şərh edib:
“Turnirə qələbə ilə başlamaq istəyirdik. Sevindiricidi ki, istəyimizə nail olduq. Qələbə qazanmağımıza baxmayaraq, komandada müəyyən çatışmazlıqlar var. Əsasən fiziki cəhətdən bəzi oyunçular istənilən səviyyədə deyil. Növbəti oyunlara da qələbə qazanmaq üçün çıxacağıq”.
