28 aprel 2012 16:27
Yaponiya – Azərbaycan oyununun vaxtı müəyyənləşib
Mayın 23-də, Şizuoka şəhərindəki “Ekopa” stadionunda Yaponiya və Azərbaycan milli komandaları arasında keçiriləcək yoldaşlıq oyununun vaxtı müəyyənləşib. Azerisport.az xəbər verir ki, qarşılaşma yerli vaxtla saat 19:15-də (Bakı vaxtı ilə saat 15:15) başlayacaq.
