28 aprel 2012 17:28
Qəbələ Bakıyla oyuna hazırdı (FOTOREPORTAJ)
Premyer Liqanın 30-cu turunda aprelin 29-da doğma meydançada “Bakı”nı qəbul edəcək “Qəbələ” matçöncəsi hazırlıqlarını tamamlayıb. Azerisport.az xəbər verir ki, məşq prosesində müalicəsi davam edən Rövşən Əmiraslanovdan başqa heyətdə olan bütün futbolçular iştirak ediblər. “Qəbələ” paytaxt təmsilçisi önünə Rövşəndən əlavə daha bir itki ilə çıxacaq. Ötən turda – “İnter”lə qarşılaşmada qırmızı vərəqə ilə cəzalandırılan Mahir Şükürov da komandaya kömək edə bilməyəcək.
