28 aprel 2012 18:50
Qonaqların günü
Bu gün futbol üzrə Azərbaycan birinci divizionunda 28-ci turun oyunlarına start verilib. Azerisport.az xəbər verir ki, ilk oyun günündə 3 görüş baş tutub.
"Göyəzən" doğma meydanda "Muğan"la xalları yarı bölüb. MOİK-in qonağı olan "Lokomotiv" 4 cavabsız qolla qələbə qazanıb. 6 qolun vurulduğu "Şəmkir" - "Şahdağ" görüşündə isə qalib müəyyənləşməyib.
Turun qalan görüşləri sabah keçiriləcək.
Birinci divizion
28-ci tur
28 aprel (şənbə)
Göyəzən – Muğan – 1:1
Qollar: Nəsimi İsmayılov, 48 - Tural Qurbanov, 23.
Hakimlər: Elnur Muradov, Rahin Heybətov, Samir Hacıyev, Nail Nağıyev
Qazax. Şəhər stadionu.
MOİK – Lokomotiv – 0:4
Qollar: Ülvi Quliyev, 2; 10, Cavad Kazımov, 58, Orxan Müzəffərli, 80.
Hakimlər: Xəlil Hüseynli, Ramil Namazov, Akif Əmirəli, Rəşad Əhmədov
"Bakı" FK-nın təlim-məşq bazasının stadionu.
Şəmkir – Şahdağ – 3:3
Qollar: Ramil Sadıqov, 16-pen; 77, Ruslan Rüstəmov, 24 - Tofiq Abbasov, 19, Zahid Tayıbov, 22; 54.
Hakimlər: Feyzulla Feyzullayev, Şakir Quliyev, Aleksandr Musatkin, Kənan Məlikov
Şəmkir. Olimpiya İdman Kompleksinin stadionu.
1
23
20
2
1
43-7
62
