28 aprel 2012 18:47
“Bu məğlubiyyət bizim üçün qara ləkədi”
“Kəpəz”in baş məşqçisi Fuad İsmayılov Premyer Liqanın 30-cu turunun “Rəvan”la oyununu şərh edib. Azerisport.az xəbər verir ki, Gəncə klubunun çalışdırıcısı komandasının 1:5 hesabıyla uduzduğu görüşdən sonra bunları dilə gətirib:
“Komanda tarixinin ən pis oyununu oynadı. Bu məğlubiyyət bizim üçün qara ləkədi. Çətin ki, yaddaşlardan silinsin”.
