28 aprel 2012 18:52
Bəhmən Həsənov: Oyuna yaxşı köklənmişdik
“Rəvan”ın baş məşqçisi Bəhmən Həsənov Premyer Liqanın 30-cu turunun “Kəpəz”lə oyununu şərh edib. Azerisport.az xəbər verir ki, paytaxt klubunun çalışdırıcısı komandasının 5:1 hesabıyla qələbə qazandığı görüşdən sonra bunları dilə gətirib:
“Oyuna yaxşı köklənmişdik. Nəticəsini də gördük. Qələbəyə görə komandama təşəkkür edirəm. “Kəpəz”ə uğurlar arzulayıram”.
