28 aprel 2012 19:05
Bernard Raab: Qələbə qazanmaq istəyirdik
“Sumqayıt”ın baş məşqçisi Bernard Raab Premyer Liqanın 30-cu turunun “Turan”la oyununu şərh edib. Azerisport.az xəbər verir ki, Sumqayıt klubunun almaniyalı çalışdırıcısı komandasının 1:1 hesablı heç-heçəyə razılaşdığı görüşlə bağlı bunları dilə gətirib:
“Çox yaxşı qol imkanlarımız oldu, təəssüf ki, yalnız birindən istifadə edə bildik. Komandam yaxşı oyun göstərdi, 1 xal qazandıq. Lakin biz qələbə qazanmaq istəyirdik. Gələcək oyunlarda xal qazanmaq bizə çətin olacaq”.
