28 aprel 2012 19:11
Əsgər Abdullayev: Bu gün Sumqayıt daha yaxşı oyun göstərdi
“Turan”ın baş məşqçisi Əsgər Abdullayev Premyer Liqanın 30-cu turunun “Sumqayıt”la oyununu şərh edib. Azerisport.az xəbər verir ki, Tovuz klubunun çalışdırıcısı komandasının 1:1 hesablı heç-heçəyə razılaşdığı görüşdən sonra bunları dilə gətirib:
“İlk hissədə yaratdığımız 4 qol epizodundan yararlana bilmədik. Futbolda vurmayana – vurarlar qaydası var. Futbolçularıma topu saxlamağı tapşırmışdım. “Sumqayıt” bu gün daha yaxşı oyun göstərdi. Xalları itirdiyimiz üçün təəssüflənirəm”.
