29 aprel 2012 18:05
Amit Quluzadə oynamadı, komandası uduzdu (YENİLƏNİB)
Futbol üzrə Türkiyənin Bank Asya birinci liqasında 32-ci turun oyunları keçirilib. Azerisport.az xəbər verir ki, millimizin yarımmüdafiəçisi Amit Quluzadənin çıxış etdiyi “Erciyesspor” da bu gün növbəti oyununa çıxıb.
Həmyerlimizin komandası səfərdə “Kasımpaşa” ilə qarşılaşıb. Son dövrlər uğursuz çıxışı ilə diqqət çəkən Kayseri klubu bu oyunda növbəti qələbəsini qazanmağı hədəfləmişdi. Lakin Kayseri klubu bu görüşdə də məğlubiyyətlə üzləşib.
Son oyunda cəmi 4 dəqiqə forma geymiş Amitin bu dəfə hansı aqibəti yaşayacağı maraq doğururdu. Baş məşqçi Kemalettin Şentürk futbolçumuzu sona kimi ehtiyatda saxlayıb.
Qeyd edək ki, Kayseri klubu hazırda 32 oyundan sonra 43 xalla 8-ci pillədə qərarlaşıb.
Türkiyə Bank Asya birinci liqası
32-ci tur
29 aprel
Kasımpaşa - Erciyesspor - 1:0 (1:0)
Qol: Hüseyin Yoğurtçu, 26.
