29 aprel 2012 00:09

Qara ləkə

Ötən gün futbol üzrə Azərbaycan Premyer Liqasında 30-cu turun oyunlarına start verildi. Azerisport.az xəbər verir ki, ilk oyun günündə ikinci altılığın iki oyunu baş tutdu.
 
Turun açılış matçında “Turan” “Sumqayıt”ı qəbul etdi. Tovuz təmsilçisi bu görüşdə qalib gəlməklə Bernard Raabın komandasının birinci diviziona gedişini rəsmiləşdirə bilərdi. Əsgər Abdulayevin rəhbərlik etdiyi kollektiv "Sumqayıt"ın ən yaxın izləyicisidi. Qonaqlar məğlub olacaqları halda, "Turan"ı özündən 7 xal irəli buraxacaqdı ki, son iki turda da bu fərqi aradan qaldırmaq mümkün olmayacaqdı.
 
Lakin final mərhələsindəki ilk oyunda olduğu kimi, Tovuzdakı görüş də heç-heçə ilə başa çatdı. Hesabı 59-cu dəqiqədə qonaqlar açdılar. Amma onların bu üstünlüyü uzun çəkmədi. Cəmi 10 dəqiqə sonra isə sumqayıtlıların öz cərimə meydanlarında qayda pozuntusuna yol verməsi penalti və qolla nəticələnib. Bununla da autsayderlərin dueli yenə sülhlə başa çatıb. Hansı ki, bu nəticəni hər iki komanda üçün sərfəli saymaq olar. Çünki “Turan” əsas izləyicisinin yaxınlaşmasına imkan vermədi və aradakı 4 xallıq fərqi qoyudu. “Sumqayıt” isə Premyer Liqa ilə vidalaşmağı ən azı bir turluq təxirə saldı.
 
Günün digər oyunu isə “Dalğa Arena”da keçirildi. “Rəvan” evdə “Kəpəz”i darmadağın qəbul və darmadağın etdi – 5:1. Hesabı 24-cü dəqiqədə meydan sahibləri açdılar. 43-cü dəqiqədə “Kəpəz”in yeni transferi Eslam Mesallah qırmızı vərəqə aldığından qonaqların işi daha da çətinə düşdü. Nəticədə qalan dəqiqələrdə Kristian Torres və Ramazan Abbasov hərəyə iki qol vurmaqla hesabı darmadağın həddinə çatdırdılar. Yuri Fomenkonun yeganə qolu isə təsəllidən və bombardirlər yarışında irəliləməsindən başqa heç nəyə yaramadı.
 
Bu qələbə sayəsində “sarı-qırmızılar” həm də “Kəpəz”dən qisasını almış oldu. Belə ki, cari mövsümün sürpriz komandalarından sayılan “Rəvan” hətta liderlər qrupunda qərarlaşan klublara əsl baş ağrısı olmasına baxmayaraq, gəncəlilərlə görüşlərdə qələbəyə həsrət idi. Gəncə klubu bu rəqibi ilə baş tutmuş hər üç oyunda qələbə qazanmışdı. Lakin göründüyü kimi paytaxt klubu həmin məğlubiyyətlərin qisasını böyük hesablı qələbə ilə aldı. Təsadüfi deyil ki, gəncəlilərin çalışdırıcısı Fuad İsmayılov görüşdən sonra bu yenilgini “Kəpəz” üçün “qara ləkə” adlandırdı.
 
Premyer Liqa
Final mərhələsi
30-cu tur
 
TURAN - SUMQAYIT - 1:1 (0:0)
Qollar: O.Əliyev, 59 (0:1), A.Qoqoberişvili, 69-pen (1:1).
Sarı vərəqələr: Fərmayıl Əliyev, 43 (qeyri-idman hərəkəti), Aleksandr Qoqoberişvili, 70 (qeyri-idman hərəkəti), Seymur Tağıyev, 76 (qeyri-idman hərəkəti) - Şamil Camaləddinov, 52 (qeyri-idman hərəkəti), Ruslan Qurbanov, 70 (qeyri-idman hərəkəti).
Hakimlər: Elçin Məmmədov, Azər Əsgərov, Elşən Acalov, Tahir Əhmədov.
AFFA nümayəndəsi: Telman Əzizov.
Hakim-inspektor: Fazil Mürşüdov.
Artırılan vaxt: I hissədə - 1 dəq.; II hissədə - 3 dəq.
28 aprel 2012. Tovuz şəhər stadionu. 1000 tamaşaçı.
Turan: 12. Ramil Kərimov, 3. Aftandil Hacıyev (k), 4. Seymur Tağıyev (8. Asəf Qədiri, 88), 5. Ayxan Abbasov, 7. Fərmayıl Əliyev (17. Rəşad Piriyev, 67), 10. Nadir Nəbiyev, 11. Georgi Beriaşvili, 14. Aleksandr Qoqoberişvili, 20. Azər Məmmədov, 21. Rəşad Orucov, 32. Cavid Tağıyev (24. Dan Pisla, 60).
Ehtiyat oyunçular: 12. Natiq Səhrətov, 19. Ruslan Abbasov, 6. Ruslan Namazov, 23. Qüvvət Əmrahov.
Baş məşqçi: Əsgər Abdullayev.
Sumqayıt: 23. Andrey Popoviç, 4. Samir Abbasov (k), 15. Bəxtiyar Həsənalızadə, 70. Şamil Camaləddinov (20. Timur İsrafilov, 59), 47. Abdulla Abatsiyev, 95. Murad Ağayev, 9. Orxan Həsənov (22. Ruslan Tağızadə, 33), 25. Uğur Pamuk, 19. Orxan Əliyev, 11. Kamil Nurəhmədov (50. Samir Abdulov, 78), 91. Ruslan Qurbanov.
Ehtiyat oyunçular: 1. Emil Balayev, 8. Emin Mustafayev, 21. Murad Səttarlı, 90. Yasin Abbasov.
Baş məşqçi: Bernard Raab.
 
RƏVAN - KƏPƏZ - 5:1 (1:0)
Qollar: N.Vidakoviç, 24 (1:0), K.Torres, 56 (2:0), R.Abbasov, 71 (3:0), Y.Fomenko, 75 (3:1), R.Abbasov, 84 (4:1), K.Torres, 90+3 (5:1)
Sarı vərəqələr: Fərrux Rəhimov, 79 (kobud oyun) - Sabir Allahquliyev, 19 (rəqibi əl ilə tutduğuna görə), Mesallah Eslam, 39 (qeyri-idman hərəkəti), 42 (qeyri-idman hərəkəti), Əli İsmayılov, 71 (rəqibi əl ilə tutub saxladığına görə).
Qırmızı vərəqə: Mesallah Eslam, 42 (qeyri-idman hərəkəti).
Hakimlər: Fariz Yusifov, Mübariz Haşımov, Knyaz Əmiraslanov, Anar Göyçayski.
AFFA nümayəndəsi: Ramiz Abdullayev.
Hakim-inspektor: Murad Məmmədov.
Artırılan vaxt: I hissədə - 1 dəq.; II hissədə - 3 dəq.
28 aprel 2012. Bakı. Dalğa Arena.200 tamaşaçı.
Rəvan: 12. Davud Kərimi, 3. Miloş Zeçeviç (k), 4. Ekrem Hodziç, 5. Natiq Kərimi, 7. Elvin Musazadə (21. Ceyhun Abdullayev, 82), 8. Tural Axundov (16. Fərrux Rəhimov, 76), 10. Nemanya Vidakoviç, 17. Ramazan Abbasov, 18. Samuel Barlay (13. Fərid Həşimzadə, 86), 20. Kristian Torres, 24. Hüseyn İsgəndərov.
Ehtiyat oyunçular: 99. Murad Qənbərov, 9. Vüsal Qarayev, 15. Tural Cəlilov, 22. Amid Hüseynov.
Baş məşqçi: Bəhmən Həsənov.
Kəpəz: 22. Elşən Poladov, 5. Əli İsmayılov (17. Renat Sultanov, 78), 15. Şahin Kərimov, 4. Azər Məmmədov (k), 25. İon Arabadji, 2. Nail Məmmədov (27. Pərvin Paşayev, 76), 12. Mesallah Eslam, 8. Armand Feutçin, 11. Sabir Allahquliyev (14. Dmitri Parxaçov, 69), 10. Ceyhun Sultanov, 30. Yuri Fomenko.
Ehtiyat oyunçular: 22. Tural Abbaszadə, 23. Junivan Suares, 19. Zaur Əsədov, 9. Ceyhun Əhmədov.
Baş məşqçi: Fuad İsmayılov.
 
Turun qalan görüşləri bu gün keçiriləcək: Qəbələ - Bakı, Neftçi – Qarabağ, AZAL – Simurq, İnter - Xəzər Lənkəran.
 
1
Neftçi
29
19
3
7
53 - 26
27
60
2
Xəzər L
29
16
6
7
39 - 26
13
54
3
İnter
29
15
7
7
28 - 20
8
52
4
Qarabağ
29
14
8
7
34 - 22
12
50
5
Bakı
29
14
5
10
40 - 31
9
47
6
Qəbələ
29
13
6
10
37 - 31
6
45
 
1
AZAL
29
11
7
11
43 - 43
0
40
2
Rəvan
30
9
10
11
35 - 36
-1
37
3
Simurq
29
7
8
14
25 - 40
-15
29
4
Kəpəz
30
8
5
17
33 - 53
-19
29
5
Turan
30
6
7
17
25 - 39
-14
25
6
Sumqayıt
30
5
6
19
24 - 49
-25
21
 
Bombardirlər:
16 - Bahodir Nasimov (Neftçi).
11 - Yuri Fomenko (Kəpəz).
10 - Tales Şütz, Zohair Benuahi (hər ikisi AZAL), Flavinyo (Neftçi).
9 - Dodo (Qəbələ).

Похожие новости

Futbol 31 oktyabr

Xırdalan Media Team — Azərbaycan Media Liqasinin parlaq gücü

Xırdalan Media Team Azərbaycan Media Liqasının ən tanınmış və populyar komandalarından biridir.
Futbol 18 aprel

“Misli”dən canlı oyunlara misli görünməyən əmsalllar fürsəti

Qanuni idman mərc oyunları “Misli” böyük oyunlar üçün xüsusi fürsətlər yaradır. “Misli” dünya futbolunda hər həftə keçirilən əhəmiyyətli oyunlara Misli Görünməyən Əmsallar təklif edir.
Futbol 12 fevral

Nikola Yurçeviç мətbuat konfransı keçirib

Bu gün Bakı Olimpiya Stadionunda Azərbaycan milli komandasının baş məşqçisi Nikola Yurçeviçin mətbuat konfransı keçirilib.
Futbol 22 mart

Qurban Qurbanov: Əvvəl Qarabağla Çempionlar Liqasının qrup mərhələsinin oyunlarının Olimpiya stadionunda keçirilməsinin tərəfdarı deyildim

Martın 23-də, Bakı Olimpiya Stadionunda Belarus yığması ilə yoldaşlıq oyunu keçirəcək Azərbaycan milli komandasının baş məşqçisi Qurban Qurbanovun bu gün mətbuat konfransında səsləndirdiyi fikirləri azerisport.az diqqətinizə çatdırır:
Futbol 07 mart

AFFA-nın XXV növbəti Konfransı keçirilib

Bu gün Bulvar otelində Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) XXV növbəti Konfransı keçirilib.
Futbol 09 fevral

Qurban QURBANOV: Billiatın klubu bizdən transfer pulu istəmişdi, amma 2 500 000 avro yox

Azerisport.az «Qarabağ» futbol klubunun baş məşqçisi Qurban Qurbanovun müsahibəsini təqdim edir.
Futbol 01 fevral

Samir ABASOV: Yüzdə yüz mən futbolçu Samir Abasovu bəyənməzdim

Bu gün "Sumqayıt" futbol klubunun baş məşqçisi Samir Abasovun 40 yaşı tamam olur.
Futbol 12 yanvar

İradə Quliyeva: O vaxt öz kapitan sarğımı ona hədiyyə etmişdim

Azerisport.az əməkdar məşqçi İradə Quliyevanın müsahibəsini təqdim edir.
Futbol 12 yanvar

Reytinq cədvəli açıqlanıb

FİFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb.