29 aprel 2012 00:03
Yunis Hüseynov: İnteri yenə məğlub etmək istəyirik
“Xəzər Lənkəran”ın baş məşqçisi Yunis Hüseynov Premyer Liqanın 30-cu turunun “İnter”lə oyunu öncəsi fikirlərini açıqlayıb. Azerisport.az saytına müsahibəsində o, bunları dilə gətirib:
“Çoxları düşünür ki, komandamız altı xal bərpa olunandan sonra arxayınlaşıb. Amma bu, belə deyil. “Xəzər Lənkəran” qarşıdakı oyunlarda da qələbə qazanacaq. Bu mövsüm artıq bir oyunda “İnter”i məğlub etmişik. Niyə bunu yenə təkrarlamayaq? Ancaq qələbəyə köklənəcəyik. Mümkün qələbə turnir cədvəlindəki vəziyyətimizi də yaxşılaşdıracaq. Hər şeydən önəmlisi isə çempionluğa şanslarımızı saxlamış olacağıq”.