29 aprel 2012 00:01
Neftçi çempionluğa daha da yaxınlaşdı
Premyer Liqada çıxış edən klubların əvəzedici heyətləri arasında keçirilən Azərbaycan çempionatında 30-cu turun oyunlarına yekun vurulub. Azerisport.az xəbər verir ki, son oyun günündə də 3 görüş baş tutub.
Liderin əsas izləyicisi “Qəbələ” “İnter”lə ev oyununda xal itkisi ilə üzləşib. “Simurq”un qonağı olan “Qarabağ” 2 cavabsız qolla qələbə qazanıb. Lider “Neftçi” isə AZAL-la ev oyununda növbəti qələbəsini qazanaraq çempionluğa bir qədər də yaxınlaşıb.
Qeyd edək ki, turun digər oyunları bir gün öncə keçirilmişdi.
Əvəzedicilərin çempionatı
30-cu tur
28 aprel (şənbə)
Qəbələ - İnter – 1:1
Qollar: Amil Yunanov, 15 - Samir Hüseynli, 73.
Hakimlər: Teymur Fərhadov, Həsən Babayev, Vüsal Qənbərov, Elgün Hüseynov
Qəbələ şəhər stadionu, ehtiyat meydança.
Neftçi – AZAL – 2:0
Qollar: İlham Allahverdiyev, 5, Elşən Abdullayev, 11.
Hakimlər: Ceyhun Haşımov, Vasif Məmmədov, Elşən Məmmədov, Elxan Müslümov
Bakı. Dalğa Arena.
Simurq – Qarabağ – 0:2
Qollar: Azər Həbibov, 39, Toğrul Bilallı, 72.
Hakimlər: Namiq Bəkirov, Səbuhi Əmrahov, Müslüm Mövludov, Əli Əliyev
Zaqatala şəhər stadionu.
1
30
20
6
4
68-33
66
