28 aprel 2012 11:20
30-cu tur - Əfqan Talıbovun proqnozu
Mütəxəssis Əfqan Talıbov Azerisport.az-a müsahibəsində futbol üzrə Azərbaycan çempionatının 30-cu tur oyunlarının nəticələri barədə təxmin edib.
QƏBƏLƏ - BAKI
“Bakı” ölkə kubokunun finalına çıxmaqla mövsümü yüksək notlarla bitirmək istəyini göstərdi. Adətən bu komanda mövsümü başladığından daha yaxşı bitirir. Düşünürəm ki, onlar qələbə seriyasını davam etdirməyə çalışacaqlar, lakin qalib olmayacaq. Heç-heçə.
NEFTÇİ - QARABAĞ
Bu oyun çempionatın incisidir. “Qarabağ”a avrokuboklar uğrunda mübarizəni davam etdirmək üçün qələbə lazımdı. Qurban Qurbanovun komandası ən ağır vaxtlarında özünü yaxşı tərəfdən göstərməyi bacarıb. Onlar toplana bilər. Mən “Qarabağ”ın qələbəsinə inanıram.
İNTER - XƏZƏR-LƏNKƏRAN
Hər iki komanda üçün ağır oyun olacaq. 6 xalın bərpasından sonra “Xəzər-Lənkəran”ın yüksək ruh yüksəkliyi var. Düşünmürəm ki, “Xəzər-Lənkəran” riskə gedəcək. Bu, həmçinin “İnter”ə də aiddir. Oyun heç-heçə bitəcək.
TURAN - SUMQAYIT
“Sumqayıt” demək olar ki, bütün şanslarını itirib. Ancaq bu oyun birbaşa rəqibə qarşıdır. Yeri gəlmişkən, “Turan” inamlı futbol göstərir. Mənə elə gəlir ki, öz meydanında Tovuz klubu qələbə qazanacaq.
RƏVAN - KƏPƏZ
Parlaq oyun gözləmirəm. Komandalar xüsusi bir məqsəd güdmür. “Kəpəz” paytaxtdan üç xal apara bilər, ancaq düşünürəm ki, hər şey heç-heçə ilə bitəcək.
AZAL - SİMURQ
“Simurq” artıq mövsümü bitirib. Onlar gələcəyin komandasını qururlar. Zaqatala komandası qələbəyə oynamayacaq. Belə ki, premyer-liqada qalmaqlarına əmindilər. AZAL qalib gələcək.
