28 aprel 2012 00:14

Araz Abdullayev: Özümü buna tam hazır sayıram

Xəbər verdiyimiz kimi, “Neftçi"nin yetirməsi, futbol üzrə gənclərdən ibarət yığmamızın üzvü Araz Abdullayev Azərbaycana qayıdıb. Azerisport.az xəbər verir ki, icarə əsasında Yunanıstanın "Panionios" klubunda çıxış edən gənc futbolçu bu münasibətlə keçmiş komandasının rəsmi saytına müsahibə edib. Həmin müsahibəni təqdim edirik.
 
- Araz, səni yenidən vətəndə görməyimizə şadıq. "Panionios"dakı çıxışın haqqında özündən eşitmək istəyirik.
- Bildiyiniz kimi qış fasiləsində istirahət etmək və təlim-məşq toplanışında iştirak etmək imkanım olmadı. Dekabr ayında dərhal Yunanıstana yollandım və oyunlarda iştirak etdim. Fikrimcə yaxşı alındı. Bir çox oyunlarda meydana start heyətdə çıxdım. Zədələri nəzərə almasaq elə bir problem olmadı. Komandamızın baş məşqçisi taktiki dəyişikliklər etdiyindən bəzən əvəzlənir, yaxud ehtiyyatda qalırdım.Bununla belə uğurlu mövsüm keçirdiyimi və ən önəmlisi təcrübə qazandığımı düşünürəm.
 
- Azərbaycan Premyer Liqası ilə Yunanıstan çempionatını müqayisə edərdin
- Yunanıstan çempionatında Avropa təcrübəsi olan klublar mübarizə aparır. Bu komandalar hər il Avrokuboklarda çıxış edərək güclənir. "Olimpiakos" və "Panatinaikos" kimi komandalara qarşı oyunlarda iştirak etmişəm. Təbii ki, belə rəqiblər olan çempionatda daha sürətli futbol nümayiş etdirməlisən. Azərbaycan çempionatını maraqla izləyirəm. Bilirəm ki, "Neftçi" çempionluğa çox yaxındı. Ölkə kubokunda da komandamız finala çıxıb. Sevinirəm ki, bunda mənim də, az da olsa payım var. Ümumiyyətlə "Neftçi" hazırki vəziyyətdə Yunanıstan çempionatında rahatlıqla ilk dördlüyə düşə bilər.
 
- Fiziki cəhətdən "artırdığın" elə zahiri görünüşündən də hiss olunur. Burada məşqlərə nə zaman başlayırsan?
- Təbii ki, Yunanıstan çempionatının oyunlarında daha çox yüklənirsən. Məşqlərimiz daha intensiv və gərgin keçir. İndi istirahətə buraxılmışıq. Bir müddətdən sonra burada "Neftçi" ilə məşqlərə başlayacam. Təbii ki, karyeramı ölkə xaricində davam etdirmək niyyətindəyəm. Klubumuzun prezidenti Sadıq Sadıqova minnətdarlığımı bildirmək istəyirəm. Çünki Avropa təcrübəsi qazanmağıma şərait yaradan "Neftçi" rəhbərliyi oldu. İnanıram ki, "Neftçi" bu il də Çempionlar Liqasında mübarizə aparacaq və əgər klub rəhbərliyi və məşqçilər heyəti lazım bilsə, komandama kömək etməyə hazıram.
 
- Milli komandada oynamaq üçün özünü hazır hesab edirsən?  
- "Everton" klubu ilə müqaviləm var. İşçi vizasının olmaması səbəbindən İngiltərədə oynaya bilmirəm. Bu vizanı almaq üçün millinin heyətində oyunlara çıxmalıyam. Həm də bütün futbolçular kimi mənim üçün də millidə oynamaq şərəfdir. Dəvət olunan kimi canla-başla oynamağa hazıram. Özümü buna tam hazır sayıram.

Похожие новости

Futbol 31 oktyabr

Xırdalan Media Team — Azərbaycan Media Liqasinin parlaq gücü

Xırdalan Media Team Azərbaycan Media Liqasının ən tanınmış və populyar komandalarından biridir.
Futbol 18 aprel

“Misli”dən canlı oyunlara misli görünməyən əmsalllar fürsəti

Qanuni idman mərc oyunları “Misli” böyük oyunlar üçün xüsusi fürsətlər yaradır. “Misli” dünya futbolunda hər həftə keçirilən əhəmiyyətli oyunlara Misli Görünməyən Əmsallar təklif edir.
Futbol 12 fevral

Nikola Yurçeviç мətbuat konfransı keçirib

Bu gün Bakı Olimpiya Stadionunda Azərbaycan milli komandasının baş məşqçisi Nikola Yurçeviçin mətbuat konfransı keçirilib.
Futbol 22 mart

Qurban Qurbanov: Əvvəl Qarabağla Çempionlar Liqasının qrup mərhələsinin oyunlarının Olimpiya stadionunda keçirilməsinin tərəfdarı deyildim

Martın 23-də, Bakı Olimpiya Stadionunda Belarus yığması ilə yoldaşlıq oyunu keçirəcək Azərbaycan milli komandasının baş məşqçisi Qurban Qurbanovun bu gün mətbuat konfransında səsləndirdiyi fikirləri azerisport.az diqqətinizə çatdırır:
Futbol 07 mart

AFFA-nın XXV növbəti Konfransı keçirilib

Bu gün Bulvar otelində Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) XXV növbəti Konfransı keçirilib.
Futbol 09 fevral

Qurban QURBANOV: Billiatın klubu bizdən transfer pulu istəmişdi, amma 2 500 000 avro yox

Azerisport.az «Qarabağ» futbol klubunun baş məşqçisi Qurban Qurbanovun müsahibəsini təqdim edir.
Futbol 01 fevral

Samir ABASOV: Yüzdə yüz mən futbolçu Samir Abasovu bəyənməzdim

Bu gün "Sumqayıt" futbol klubunun baş məşqçisi Samir Abasovun 40 yaşı tamam olur.
Futbol 12 yanvar

İradə Quliyeva: O vaxt öz kapitan sarğımı ona hədiyyə etmişdim

Azerisport.az əməkdar məşqçi İradə Quliyevanın müsahibəsini təqdim edir.
Futbol 12 yanvar

Reytinq cədvəli açıqlanıb

FİFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb.