28 aprel 2012 00:28
Fatih Kavlak: Növbəti mövsümdə də Qəbələdəyəm
“Qəbələ”nin baş məşqçisi Fatih Kavlak komandasının avrokuboklara vəsiqə qazana bilməyəcəyi halda özünün gələcək taleyinin necə olacağına dair fikirlərini səsləndirib. Azerisport.az saytına müsahibəsində o, bunları dilə gətirib:
“Necə olacağını indidən dəqiq deyə bilmərəm. Biz klub rəhbərliyi ilə tez-tez görüşürük. Amma təkcə yaxın gələcək barədə yox, hər şeydən danışırıq. Artıq indidən növbəti mövsüm haqda düşünürük. Hər şeyə ətraflı şəkildə mövsümün sonunda aydınlıq gətirəcəyik. Lakin böyük ehtimalla mən növbəti mövsümdə də komandanın sükanı arxasında qalacağam”.