28 aprel 2012 12:51
Qarabağ Neftçi ilə oyuna daha bir itkiylə çıxacaq
“Qarabağ” “Neftçi” ilə oyuna hazırdı. Azerisport.az xəbər verir ki, “Bakı” ilə kubok oyunundan sonra paytaxta dönən komanda Premyer Liqanın lideri ilə oyuna hazırlıq keçib.
“Qarabağ” “Neftçi” matçına itkilərlə çıxacaq. Əfran İsmayılov zədə üzündən mövsümü bitiribsə, Namiq Yusifov dördüncü sarı vərəqəyə görə oyunu buraxmalı olacaq.
