29 aprel 2012 13:04
İngiltərədə daha bir futbolçu ölümdən döndü
İngiltərənin “Kidderminster” klubunun hücumçusu Entoni Malbon ölümdən dönüb. Azerisport.az xəbər verir ki, sözügedən oyunçu aşağı liqa çərçivəsində keçirilən “Mansfield” klubu ilə oyunun gedişində müvazinətini itirərək yerə yıxılıb.
Bu üzdən 20 yaşlı futbolçu dərhal xəstəxanaya götürülüb. Ona ilkin yardım elə yolda edilib. Xəstəxanada isə Malbonun həyatını xilas ediblər və o, özünə gəlib. Hazırda futbolçunun özünü yaxşı hiss etdiyi bildirilir.
Qarşılaşmaya gəlincə, “Kidderminster” doğma meydanda “Mansfield”ə 3 cavabsız qolla məğlub olub.
