29 aprel 2012 01:54
Fransa Kubokunun yeni qalibi müəyyənləşdi
Futbol üzrə Fransa kubokunun qalibi müəyyənləşib. Azerisport.az xəbər verir ki, turnirin həlledici oyununda Lionun “Olympique” klubu aşağı divizion təmsilçisi “Quevilly” ilə qarşılaşıb.
Görüşün taleyini bir qol həll edib. İlk yarıda Lisandro Lopesin vurduğu yeganə qol lionluları zəfərə daşıyıb. Beləcə, “Olympique” mövsümü titulla qapamağı bacarıb.
Qeyd edək ki, Lion təmsilçisinin Liqa 1-də uğur qazanmaq şansı demək olar ki, qalmayıb. Üstəlik aprelin 14-də baş tutan Liqa Kubokunun finalında da bu komanda Marselin “Olympique” klubuna məhz minimla hesabla uduzmuşdu. Amma ölkə kubokunun finalında gülən tərəf məhz lionlular olublar.
Fransa kuboku
Final
28 aprel
Olympique (Lion) – Quevilly - 1:0
Qol: L.Lopes, 27.
