29 aprel 2012 14:15
Simurqa AZAL-la oyun öncəsi şad xəbər
Premyer Liqanın 30-cu turu çərçivəsində səfərdə AZAL-ın qonağı olacaq “Simurq” hazırlıqları tamamlayıb. Azerisport.az xəbər verir ki, ötən gün qarşılaşmanın keçiriləcəyi "AZAL Arena"da məşqə çıxan “sarı-qaralar” yüngül takniki və texniki tapşırıqları yerinə yetirib. Uzun müddətdir zədədən əziyyət çəkən kapitan Rasim Ramaldanovda artıq tam sağalaraq komanda ilə məşqlərə başlayıb.
