29 aprel 2012 15:07

Ansi Aqolli: FİFA belə “oyun oynamamalı” idi

“Qarabağ”ın müdafiəçisi Ansi Aqolli Premyer Liqanın 30-cu turunun “Neftçi” ilə oyunu öncəsi fikirlərini bölüşüb. Azerisport.az saytına müsahibəsində o, öncə bunları dilə gətirib:

“Kubokun yarımfinalında “Bakı”ya məğlubiyyət bizim oyunumuza mənfi təsirini göstərməyə bilməz. Bu, əlbətə ki, ağır zərbə oldu. Amma biz ruhdan düşməməliyik. “Neftçi”ylə oyunda mütləq qələbə qazanmalıyıq”.
 
Albaniyalı futbolçunun sözünə görə FİFA-nın “Xəzər Lənkəran”la bağlı qərar onlar üçün çox gözlənilməz olub: “Bilirsiz, əslində mən onların xallarının bərpa olunmasına qarşı deyiləm. Amma bunu belə bir vaxtda etmək lazım deyildi. Öncə xalları silirlər, iki həftə sonra da qaytarırlar. Bu, bütün komandaların turnir cədvəlindəki təxminlərinə təsir göstərdi. Belə “oyun oynamaq” lazım deyildi. Bu üzdən indi biz çox çətin duruma düşmüşük. Avrokuboklarsız qala bilərik. Çünki “Neftçi” çempionluğunu rəsmiləşdirəcəyi halda, 4-cü pillədə qərarlaşan komandanın avrokuboklara getməsi mümkünsüz olacaq”.
 
Aqolli komandasının avrokuboklarsız qalmasına da toxunub: “Bu haqda düşünmək də istəmirəm. Biz qalan hər üç oyunda qələbə qazanmağa borcluyuq. Avrokuboklara vəsiqə qazanmaq üçün başqa yolumuz yoxdu. “Qarabağ” avrokuboklarsız qala bilməz”.

Təcrübəli müdafiəçi “Neftçi” ilə oyunda rəqib komandanın çempionluğunu qeyd etməsinə imkan verilməyəcəyini bildirir: “Dediyim kimi, vəziyyətimiz heç də yaxşı deyil. Buna görə də indi “Neftçi”ni məğlub etməkdən başqa çıxış yolumuz yoxdu. “Neftçi”nin çempionluğunu bayram etməsinə imkan verməcəyik. Kubokda azarkeşlərimizi məyus etdik. Çempionatda isə hər şeyin əvəzini çıxmaq istəyirik”.

Похожие новости

Futbol 31 oktyabr

Xırdalan Media Team — Azərbaycan Media Liqasinin parlaq gücü

Xırdalan Media Team Azərbaycan Media Liqasının ən tanınmış və populyar komandalarından biridir.
Futbol 18 aprel

“Misli”dən canlı oyunlara misli görünməyən əmsalllar fürsəti

Qanuni idman mərc oyunları “Misli” böyük oyunlar üçün xüsusi fürsətlər yaradır. “Misli” dünya futbolunda hər həftə keçirilən əhəmiyyətli oyunlara Misli Görünməyən Əmsallar təklif edir.
Futbol 12 fevral

Nikola Yurçeviç мətbuat konfransı keçirib

Bu gün Bakı Olimpiya Stadionunda Azərbaycan milli komandasının baş məşqçisi Nikola Yurçeviçin mətbuat konfransı keçirilib.
Futbol 22 mart

Qurban Qurbanov: Əvvəl Qarabağla Çempionlar Liqasının qrup mərhələsinin oyunlarının Olimpiya stadionunda keçirilməsinin tərəfdarı deyildim

Martın 23-də, Bakı Olimpiya Stadionunda Belarus yığması ilə yoldaşlıq oyunu keçirəcək Azərbaycan milli komandasının baş məşqçisi Qurban Qurbanovun bu gün mətbuat konfransında səsləndirdiyi fikirləri azerisport.az diqqətinizə çatdırır:
Futbol 07 mart

AFFA-nın XXV növbəti Konfransı keçirilib

Bu gün Bulvar otelində Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) XXV növbəti Konfransı keçirilib.
Futbol 09 fevral

Qurban QURBANOV: Billiatın klubu bizdən transfer pulu istəmişdi, amma 2 500 000 avro yox

Azerisport.az «Qarabağ» futbol klubunun baş məşqçisi Qurban Qurbanovun müsahibəsini təqdim edir.
Futbol 01 fevral

Samir ABASOV: Yüzdə yüz mən futbolçu Samir Abasovu bəyənməzdim

Bu gün "Sumqayıt" futbol klubunun baş məşqçisi Samir Abasovun 40 yaşı tamam olur.
Futbol 12 yanvar

İradə Quliyeva: O vaxt öz kapitan sarğımı ona hədiyyə etmişdim

Azerisport.az əməkdar məşqçi İradə Quliyevanın müsahibəsini təqdim edir.
Futbol 12 yanvar

Reytinq cədvəli açıqlanıb

FİFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb.