29 aprel 2012 16:58
Zenit Rusiya çempionu oldu
Futbol üzrə Rusiya Premyer Liqasının cari mövsümünün qalibi müəyyənləşib. Azerisport.az xəbər verir ki, “Zenit” sona üç tur qalmış çempionluğunu elan edib.
Sankt-Peterburq klubu dünən ən yaxın izləyicisi olan Moskva “Dinamo”sunu qəbul edib və 10 nəfərlə qaldığı oyunda 3 qal qazanıb – 2:1. Bununla da “Zenit” və “Dinamo” arasında sona 3 tur qalmış 15 xallıq fərq yaranıb.
Bu, “Zenit”in üçüncü çempionluğu olub. Ötən mövsüm də çempion olan Sankt-Peterburq klubu ilk dəfə 2007-ci ildə qızıl medallara sahib çıxmışdı.
