29 aprel 2012 17:36
Türkiyə klubunun rəsmiləri Neftçi - Qarabağ matçında
Türkiyənin “Antalyaspor” klubunun nümayəndələri Bakıda səfərdədilər. Azerisport.az xəbər verir ki, hələlik onların bu səfərinin dəqiq səbəbi məlum deyil.
Lakin çox güman ki, onlar Premyer Liqamızda çıxış edən bəzi futbolçuları iş başında görmək üçün Bakıya təşrif buyurublar. Çünki hazırda onlar İsmət Qayıbov adına Bakıxanov qəsəbə stadionunda keçirilən Premyer Liqanın 30-cu turunun “Neftçi” – “Qarabağ” görüşünü izləyənlər arasındadılar.
