29 aprel 2012 19:16
Şuşa çempionu da məğlub etdi
Bu gün futbol üzrə Azərbaycan birinci divizionunda 28-ci turun oyunlarına yekun vurulub. Azerisport.az xəbər verir ki, son oyun günündə də 3 görüş baş tutub.
Vaxtından öncə çempionluğunu rəsmiləşdirmiş "Qaradağ Lökbatan" "Şuşa" ilə görüşüb. Nə qədər gözlənilməz olsa da, son dövrlərdə olan Şuşa təmsilçisi bu rəqibiylə görüşdə də minimal hesablı qələbəyə sevinib. "Bakılı" "Karvan"la oyunda darmadağına məruz qalıb. "Neftçala" isə “MKT-Araz" üzərində qələbə qazanıb.
Qeyd edək ki, turun digər görüşləri ötən gün keçirilib.
Birinci divizion
28-ci tur
29 aprel (bazar)
Qaradağ Lökbatan – Şuşa – 0:1
Qol: İsrafil Qarayev, 25.
Hakimlər: Ramil Diniyev, Əli Məmmədov, Elşən Durmuşov, Vurğun Talıbov
Lökbatan qəsəbə Olimpiya İdman Kompleksinin stadionu.
Bakılı – Karvan – 0:3
Qollar: Füzuli Məmmədov, 61; Kənan Kərimov, 79; Namiq Əliyev, 89.
Hakimlər: Rövşən Əhmədov, Ruslan Quliyev, Qəzənfər Məmmədov, Taleh Məmmədov
Bakı. "Şəfa" stadionu, 4-cü meydança
Neftçala – MKT-Araz – 1:0
Qol: Aqşin Həşimov, 70-pen.
Hakimlər: Əmrah İbrahimov, Elman Kərimov, İftixar Qəniyev, Yusif Hüseynov
Nəriman Nərimanov adına Neftçala şəhər stadionu.
1
24
20
2
2
43-8
62
