29 aprel 2012 19:23
Böyükağa Hacıyev: Gözəl oyun göstərən üç komanda var
“Neftçi”nin baş məşqçisi Böyükağa Hacıyev Premyer Liqanın 30-cu turunun “Qarabağ”la oyununu şərh edib. Azerisport.az xəbər verir ki, paytaxt klubunun çalışdırıcısı komandasının 2:1 hesabıyla qələbə qazandığı görüşdən sonra bunları dilə gətirib:
“Azərbaycanda gözəl oyun göstərən üç komanda var - “Neftçi”, “Qarabağ” və “İnter”. Çox yaxşı oyun oldu. Neçə vaxtdır susan Rəşad da kükrədi. “Qarabağ”a növbəti oyunlarda uğurlar arzu edirəm. Hər iki penalti düzgün verilmişdi”.
