29 aprel 2012 19:28
Qurban Qurbanov: Oyunun ədalətli nəticəsi 1:1 olmalıydı
"Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov Premyer Liqanın 30-cu turunun “Neftçi” ilə oyununu şərh edib. Azerisport.az xəbər verir ki, Ağdam klubunun çalışdırıcısı komandasının 1:2 hesabıyla məğlub olduğu görüşdən sonra bunları dilə gətirib:
“Rəşad Abdullayev yenə də bizim qalib gəldiyimiz oyunda hesabı dəyişdi. Çox yaxşı oyun oldu. Komandam yaxşı oynadı. Amma nə etmək olar, bu, futboldu. Məncə oyunun ədalətli nəticəsi 1:1 olmalıydı. Avroliqaya düşmək üçün şanslarımız qalır. Qarşıdakı oyunlara hazırlaşacağıq. “Neftçi”yə uğurlar arzulayıram”.
