29 aprel 2012 19:44
Novruz Əzimovdan 0:4 hesablı darmadağına şərh
“Bakı”nın məşqçisi Novruz Əzimov Premyer Liqanın 30-cu turunun “Qəbələ” ilə oyununu şərh edib. Azerisport.az xəbər verir ki, paytaxt klubunun çalışdırıcısı komandasının 0:4 hesabıyla məğlub olduğu görüşdən sonra bunları dilə gətirib:
“Bugünkü oyunda məğlub olmağımıza baxmayaraq, oyun maraqlı keçdi. Əsas heyətin dörd üzvü zədə ucbatından bu oyunda iştirak edə bilmirdi. Oyuna tam hazırlaşa bilməmişdik. Komanda fiziki cəhətdən yorğun idi. “Qəbələ”yə gələcək oyunlarda uğurlar”.
