29 aprel 2012 19:47
Kavlak: Rəqibimizin yorğun olması bizim üçün üstünlük oldu
“Qəbələ”nin baş məşqçisi Fatih Kavlak Premyer Liqanın 30-cu turunun “Bakı” ilə oyununu şərh edib. Azerisport.az xəbər verir ki, Qəbələ klubunun türkiyəli çalışdırıcısı komandasının 4:0 hesabıyla qələbə qazandığı görüşdən sonra bunları dilə gətirib:
“Rəqibimizin yorğun olması bizim üçün üstünlük oldu. Oyuna ciddi hazırlaşmışdıq. Yaratdığımız qol imkanlarından istifadə etdik və qalib gəldik. Gələcək oyunlarda da güclü komanda olduğumuzu göstərəcəyik”.
