29 aprel 2012 21:37
Yunis Hüseynov: Hesab oyuna görədi
“Xəzər Lənkəran”ın baş məşqçisi Yunis Hüseynov Premyer Liqanın 30-cu turunun “İnter”lə oyununu şərh edib. Azerisport.az xəbər verir ki, Lənkəran klubunun çalışdırıcısı komandasının 0:0 hesablı heç-heçəyə razılaşdığı görüşdən sonra bunları dilə gətirib:
“Gərgin oyun oldu, hər iki komandanın futbolçularına göstərdikləri oyuna görə təşəkkür edirəm. Bərabər səviyyəli oyun oldu. Fərqlənmək üçün imkanlarımız var idi, lakin istifadə edə bilmədik. Fikrimcə, hesab oyuna görədir. Qarşıdakı oyunlarda qalib gəlməliyik”.
