29 aprel 2012 21:48
“Bu oyunda bir xal da bizi qane edirdi”
“Simurq”un baş məşqçisi Georgi Çixradze Premyer Liqanın 30-cu turunun AZAL-la oyununu şərh edib. Azerisport.az xəbər verir ki, Zaqatala klubunun gürcüstanlı çalışdırıcısı komandasının 0:0 hesablı heç-heçəyə razılaşdığı görüşlə bağlı bunları dilə gətirib:
“Bizim üçün hər bir xalın önəmi var. Bu oyunda bir xal da bizi qane edirdi. Turnir cədvəlindəki vəziyyətimiz və liqada qalmağımız üçün hər bir xalın böyük əhəmiyyəti var. Oyunun çətin keçəcəyini bilirdik. Çox gərgin oyunun şahidi olduq”.
