29 aprel 2012 21:51
Vaqif Sadıqov: Nəticə ədalətli oldu
AZAL-ın baş məşqçisi Vaqif Sadıqov Premyer Liqanın 30-cu turunun “Simurq”la oyununu şərh edib. Azerisport.az xəbər verir ki, paytaxt klubunun çalışdırıcısı komandasının 0:0 hesablı heç-heçəyə razılaşdığı görüşlə bağlı bunları dilə gətirib:
“Gərgin oyun keçdi. Biz bilirdik ki, “Simurq” son oyunlarda yaxşı oyun göstərir və uğurlu nəticələr əldə edir. Onların güclü müdafiə xətti var və bizim futbolçuların fərdi ustalıq səviyyəsi bu müdafiəni yarmağa çatmadı. Gənc futbolçuların səviyyəsi imkan vermir ki, istədiyimiz oyunu keçirək. Oyun ədalətli nəticə ilə başa çatdı”.
