30 aprel 2012 00:06

Qarabağı üzən, Bakını sevindirən çempionluq

Futbol üzrə Azərbaycan Premyer Liqasında daha bir tur arxada qaldı. Azerisport.az xəbər verir ki, 30-cu turun son oyun gününün görüşləri nəhayət çempionluğun taleyini həll etdi.
 
Günün bəlkə də ən az maraq doğuran oyunu ikinci altılıq çərçivəsində baş tutdu. 7-ci yer uğrunda mübarizə aparan AZAL son dövrlər qənaətbəxş nəticələr qazanan “Simurq”u qəbul etdi. “AZAL Arena”da keçirilən qarşılaşmada qapılara qol vurulmadı və komandalar hərəyə bir xal qazandılar. Hər halda görüşün nəticəsini Zaqatala klubu üçün də qənaətbəxş saymaq olar. Hansı ki, görüşdən sonra komandanın baş məşqçisi Georgi Çixradze də bunu etiraf etdi.
 
Çempionluğun bir addımlığında olan “Neftçi” Avropa Liqasından kənarda qalmaq təhlükəsi ilə üzləşən “Qarabağ”ı qəbul etdi. Bu oyunda komandalar meydana fərqli məqsədlər üçün çıxmışdılar. “Neftçi” qələbə qazanıb, sona iki tur qalmış çempionluğunu rəsmiləşdirmək istəyir, “Qarabağ” isə Avropa Liqasına vəsiqə qazanmağa çalışırdı.
 
Qarşılaşma Ağdam təmsilçisi üçün yaxşı başladı. Belə ki, 31-ci dəqiqədə Georgi Adamiyanın qapı qarşısına ötürməsi zamanı top İqor Mitreskinin əlinə dəydiyi üçün baş hakim Rəhim Həsənov “Neftçi”nin qapısına penalti təyin etdi. Lakin topa yaxınlaşan Vaqif Cavadovun zərbəsini Saşa Stamenkoviç geri qaytardı. Buna baxmayaraq, 67-ci dəqiqədə hesabı açan Vaqif Cavadov günahını yumağı bacardı. Lakin cəmi 4 dəqiqə sonra Rəşad Abdullayev gözlənilməz zərbə ilə tarazlığı bərpa etdi. Matçın son dəqiqəsində isə Maksim Medvedev – Flavinyo mübarizəsində sonuncu yerdə qaldı və hakim bu dəfə “Qarabağ”ın qapsına penalti təyin edib, Maksimi meydandan qovdu. Topa yaxınlaşan Ruslan Abışov dəqiq zərbə ilə komandasına vacib qələbə qazandırdı.
 
Qəbələ şəhər stadionunda eyni adlı komanda ilə “Bakı” üz-üzə gəldi. Məlum olduğu kimi, “zolaqlılar” artıq kubokun finalına çıxmaqla Avropa Liqasına vəsiqənin taleyini böyük ölçüdə həll edib. Bu oyunda Novruz Əzimovun yetirmələri sadəcə imic naminə qələbə qazanmaq fikrində idi. “Qəbələ” isə uduzacağı halda beynəlxalq yarışlardan kənarda qalacaqdı. Avroliqa şansını heç olmasa son həftələrə saxlamağa çalışan “Qəbələ” oyun başlayan kimi irəli atıldı və 38-ci dəqiqədə istəyinə çatdı. İkinci yarıda da üstün oyun sərgiləyən daha 3 qol vuran meydan sahibləri hesabı biabırçı həddə çatdırdılar – 4:0.
 
Nəhayət günün və turun son oyununda “İnter” “Xəzər Lənkəran”ı qəbul etdi. Qarşılaşma bu klublardan heç birinə sərf etməyən nəticəylə - heç-heçə başa çatdı. “İnter” “Neftçi” – “Qarabağ” oyunundan sonra çempionluq şanslarını itirmişdisə, “Xəzər Lənkəran” bu oyundan sonra qızıl medallardan əlini üzdü. Məhz bu oyunun nəticəsi “Neftçi”ni növbəti dəfə Azərbaycan çempionu etdi.
 
Premyer Liqada 2011-2012 mövsümünün qalibi ardıcıl ikinci dəfə bu uğura imza atdı. Bütövlükdə isə bu, “ağ-qaralar”ın müstəqillik tarixində 7-ci çempionluğu oldu. Komanda bundan əvvəl 1992, 1995/96, 1996/97, 2003/04, 2004/05 və 2010/11 mövsümlərində də qızıl medallara sahib çıxmışdı.
 
Bu zəfər sayəsində, “ağ-qaralar”ın ötən mövsüm olduğu kimi, bu yay da ölkəmizi UEFA Çempionlar Liqasında təmsil edəcəyi artıq dəqiqləşib. Eyni vaxtda “Bakı”nın da Avropa Liqasında çıxışı dəqiqləşdi. İlk altılığın son pilləsində olmasına baxmayaraq, “zolaqlılar”a kubokun finalına çıxmaq əməlli-başlı yaradı. Bu komanda kubokun finalında hətta məğlub olsa belə, yenə də Avroliqaya yollanacaq. Avropa Liqasına digər 2 vəsiqə isə Premyer Liqamızın gümüş və bürünc mükafatçılarına nəsib olacaq. Bunlar isə güman ki, “Xəzər Lənkəran”la “İnter” olacaq. “Qarabağ” onlara bu yolda əsas rəqibdisə, “Qəbələ”nin də çox cüzi şansı qalmaqdadı.
 
Premyer Liqa
Final Mərhələsi
30-cu tur
 
AZAL - SİMURQ - 0:0 (0:0)
Sarı vərəqələr: Ervin Bulku, 22 (qeyri-idman hərəkəti), Usim Nduka, 62 (qeyri-idman hərəkəti), Tales Şütz, 81 (qeyri-idman hərəkəti) - Ruslan Poladov, 42 (perspektivli hücumun qarşısını aldığına görə), İqor Tarasov, 79 (qeyri-idman hərəkəti).
Hakimlər: Orxan Məmmədov, Ramiz Əsədov, Yaşar Abbasov, Fərid Məmmədov.
AFFA nümayəndəsi: Oqtay Abdullayev.
Hakim-inspektor: Məhəmməd Məmmədov.
Artırılan vaxt: I hissədə - 1 dəq.; II hissədə - 3 dəq.
29 aprel 2012. Bakı. AZAL Arena. 250 tamaşaçı.
AZAL: 1. Amil Ağacanov, 3. Usim Nduka, 5. Aqil Nəbiyev (k) (25. Tural Nərimanov, 37), 2. Robert Petrov, 13. Şəhriyar Rəhimov, 16. Branislav Arsenijeviç, 8. Ervin Bulku, 10. Nuqzar Kvirtiya, 19. Hüseyn Axundov (7. Tərlan Xəlilov, 69), 11. Zohair Benouahi, 15. Georgi Boqyu (23. Tales Şütz, 60).
Ehtiyat oyunçular: 85. Həsən Ağacanlı, 6. Mindaugas Daunoraviçius, 9. Elşən Məmmədov, 14. Orxan Səfiyarov.
Baş məşqçi: Vaqif Sadıqov.
Simurq: 32. Dmitri Kramarenko, 2. İlkin Qırtımov (21. Emin Cəfərquliyev, 73), 79.Vidas Alunderis, 3. Rasim Ramaldanov (k), 13. Aleksandr Şemonayev, 7. Ruslan Poladov, 29. İqor Tarasov, 4. Vasili Yanatovski (6. Mikayıl Rəhimov, 75), 77. Daniel Genov, 8. Qərib İbrahimov, 19. Anatoli Doroş.
Ehtiyyat oyunçular: 52. Səbuhi Əhmədov, 17. Rüstəm Məmmədov, 10. Tofiq Mikayılov, 23. Ruhid Usubov, 15. Nicat Qurbanov.
Baş məşqçi: Georgi Çixradze.
 
İNTER – XƏZƏR LƏNKƏRAN – 0:0 (0:0)
Sarı vərəqələr: İlia Kandelaki, 40 (oyun qaydalarının sistematik pozuntusu) - Rikardo Qomeş, 45+1 (qeyri-idman hərəkəti), Eder Bonfim, 62 (hakimin qərarına etiraz), Elvin Beqiri, 89 (qeyri-idman hərəkəti).
Hakimlər: Əliyar Ağayev, Mehman Mahmudov, Munis Abdullayev, Fuad Həsənov.
AFFA nümayəndəsi: Ramiz Mustafayev.
Hakim-inspektor: Şahin Cəfərov.
Artırılan vaxt: I hissədə - 1 dəq.; II hissədə - 3 dəq.
29 aprel 2012. Bakı. "Şəfa"stadionu. 3000 tamaşaçı.
İnter: 1.Georgi Lomaya, 4. Valeri Abramidze, 8. Nizami Hacıyev, 11. Asif Məmmədov (6. Samir Zərgərov, 82), 14. Peter Zlatinov (13. Bronislav Çervenka, 62), 15. Vladimir Levin (k), 18. İlia Kandalaki, 21. Arif Daşdəmirov, 25. İbrahima Niasse, 28. Baçana Tsxadadze, 30. Danildo Assioli.
Ehtiyat oyunçular: 90. Səlahət Ağayev, 2. Xəyal Mustafayev, 20. Girt Karlson, 22. Peter Xrappan, 24. Fuad Bayramov.
Baş məşqçi: Kaxaber Tsxadadze.
Xəzər Lənkəran: 1. Kamran Ağayev, 2. Elnur Allahverdiyev, 3. Elvin Beqiri, 6. Roberto Alviz, 8. Eder Bonfim, 9. Branimir Subaşiç, 14. Rahid Əmirquliyev (k), 15. Sadio Tounkara (23. Şəhriyar Xəlilov, 78), 16. Adrian Pit, 21. Radomir Todorov, 81. Rikardo Qomeş (10. Elnur Abdullayev, 68).
Ehtiyat oyunçular: 85. Kamal Bayramov, 11. Andrey Mureşan, 18. Alim Qurbanov, 30. Rendal Brenes, 33. Stevan Bates.
Baş məşqçi: Yunis Hüseynov.
 
NEFTÇİ - QARABAĞ - 2:1 (0:0)
Qollar: V.Cavadov, 67 (0:1), R.Abdullayev, 71 (1:1), R.Abışov, 90+1 (2:1).
Matçın 30-cu dəqiqəsində Vaqif Cavadov penaltidən yararlana bilməyib (qapıçı)
Sarı vərəqə: Rail Məlikov, 90+1 (qeyri-idman hərəkəti).
Qırmızı vərəqə: Maksim Medvedev, 90 (rəqibi aşkar qol vurmaq imkanından məhrum etmə).
Hakimlər: Rəhim Həsənov, Rza Məmmədov, Vaqif Musayev, Ramil Əhmədov.
AFFA nümayəndəsi: Rauf Əmirov.
Hakim-inspektor: Xaqani Məmmədov.
Artırılan vaxt: I hissədə - 1 dəq.; II hissədə - 2 dəq.
29 aprel 2012. İsmət Qayıbov adına Bakıxanov qəsəbə stadionu. 2500 tamaşaçı.
Neftçi: 30. Saşa Stamenkoviç, 3. Denis Silva, 5. İqor Mitreski, 6. Slavço Georgiyevski, 9. Flavinyo, 15. Ruslan Abışov (k), 18. Ruslan Əmircanov, 22. Fərid Quliyev (19. Mirhüseyn Seyidov, 74), 25. Cavid İmamverdiyev, 27. Rəşad Abdullayev (11. Cavid Hüseynov, 77), 32. Elvin Yunuszadə.
Ehtiyat oyunçular: 1. Rauf Mehdiyev, 2. Rail Məlikov, 8. Elşən Abdullayev, 26. Kərim Diniyev, 28. Emin Mehdiyev.
Baş məşqçi: Böyükağa Hacıyev.
Qarabağ: 99. Boyan Pavloviç, 2. Qara Qarayev, 4. Zaur Həşimov, 5. Maksim Medvedev, 6. Rəşad Sadiqov (k), 14. Rəşad Sadıqov, 19. Muarem Muarem, 24. Admir Teli, 25. Ansi Aqolli, 70. Vaqif Cavadov, 77. Georgi Adamiya (11. Rauf Əliyev, 87).
Ehtiyat oyunçular: 1. Fərhad Vəliyev, 18. İlqar Qurbanov, 9. Bəxtiyar Soltanov, 17. Vüqar Nadirov, 44. Eltun Yaqublu, 20. Nderim Nedzipi.
Baş məşqçi: Qurban Qurbanov.
 
QƏBƏLƏ - BAKI - 4:0 (1:0)
Qollar: Y.Kamanan, 37 (1:0), V.Hüseynov, 49 (2:0), V.Mendi, 58 (3:0), N.Məmmədov, 90+2 (4:0).
Matçın 43-cü dəqiqəsində Yannik Kamanan penaltidən yararlana bilməyib
Sarı vərəqələr: Vurğun Hüseynov, 57 (düzgün olmayan sürüşmə), Dodo, 71 (fitdən sonra topa zərbə), Qrem Smit, 90 (oyunun bərpasını uzatdığına görə) - Aqil Məmmədov, 42 (rəqibi tutduğuna görə), Şəhriyar Əliyev, 51 (rəqibi tutduğuna görə).
Hakimlər: Rauf Cabbarov, Namiq Hüseynov, Coşqun Həsənov, Vüsal Əliyev.
AFFA nümayəndəsi: Adil Nadirov.
Hakim-inspektor: Asim Xudiyev.
Artırılan vaxt: I hissədə - 1 dəq.; II hissədə - 3 dəq.
29 aprel 2012. Qəbələ şəhər stadionu. 800 tamaşaçı.
Qəbələ: 30. Qrem Smit, 3. Vurğun Hüseynov (k), 8. Bruno da Silva, 9. Viktor Mendi (7. Yaşar Abuzərov, 79), 11. Yannik Kamanan, 18. Aleksandr Çertoqanov, 20. Stiv Olfers, 21. Elmar Baxşıyev, 26. Daniel Lopes Kruz (15. Nodar Məmmədov, 85), 34. Ürfan Abbasov, 77. Dodo (38. Elnur Mustafayev, 73).
Ehtiyat oyunçular: 1. Elnar Kərimov, 17. Arif İsayev, 22. Murad Hüseynov, 33. Saşa Yunisoğlu.
Baş məşqçi: Fatih Kavlak.
Bakı: 16. Aqil Məmmədov, 3. Denis İvanov, 6. İbrahim Karqbo (32. Aleksey Savinov, 75), 7. Çesnauski Deyvidas, 10. Lukas Mario Horvat, 11. Elvin Məmmədov (19. Nurlan Novruzov, 66), 15. Cəmşid Məhərrəmov (k), 24. Nenad Kovaçeviç, 25. Şəhriyar Əliyev (22. Tural Qürbətov, 60), 98. Kontreras Pardo Serxio, 99. Rəhman Hacıyev.
Ehtiyat oyunçular: 1. Marko Şarliya, 4. Vadim Borets, 17. Namiq Ələsgərov, 20. Elşad Manafov.
Məşqçi: Novruz Əzimov.
 
Qeyd edək ki, turun digər görüşləri ilk oyun günündə keçirilib: Turan – Sumqayıt - 1:1, Rəvan - Kəpəz - 5:1.
 
1
Neftçi
30
20
3
7
55 - 27
28
63
2
Xəzər L
30
16
7
7
39 - 26
13
55
3
İnter
30
15
8
7
28 - 20
8
53
4
Qarabağ
30
14
8
8
35 - 24
11
50
5
Qəbələ
30
14
6
10
41 - 31
10
48
6
Bakı
30
14
5
11
40 - 35
5
47
 
1
AZAL
30
11
8
11
43 - 43
0
41
2
Rəvan
30
9
10
11
35 - 36
-1
37
3
Simurq
30
7
9
14
25 - 40
-15
30
4
Kəpəz
30
8
5
17
33 - 53
-19
29
5
Turan
30
6
7
17
25 - 39
-14
25
6
Sumqayıt
30
5
6
19
24 - 49
-25
21
 
Bombardirlər:
16 - Bahodir Nasimov (Neftçi).
11 - Yuri Fomenko (Kəpəz).
10 - Tales Şütz, Zohair Benuahi (hər ikisi AZAL), Flavinyo (Neftçi).
9 - Dodo (Qəbələ).

Похожие новости

Futbol 31 oktyabr

Xırdalan Media Team — Azərbaycan Media Liqasinin parlaq gücü

Xırdalan Media Team Azərbaycan Media Liqasının ən tanınmış və populyar komandalarından biridir.
Futbol 18 aprel

“Misli”dən canlı oyunlara misli görünməyən əmsalllar fürsəti

Qanuni idman mərc oyunları “Misli” böyük oyunlar üçün xüsusi fürsətlər yaradır. “Misli” dünya futbolunda hər həftə keçirilən əhəmiyyətli oyunlara Misli Görünməyən Əmsallar təklif edir.
Futbol 12 fevral

Nikola Yurçeviç мətbuat konfransı keçirib

Bu gün Bakı Olimpiya Stadionunda Azərbaycan milli komandasının baş məşqçisi Nikola Yurçeviçin mətbuat konfransı keçirilib.
Futbol 22 mart

Qurban Qurbanov: Əvvəl Qarabağla Çempionlar Liqasının qrup mərhələsinin oyunlarının Olimpiya stadionunda keçirilməsinin tərəfdarı deyildim

Martın 23-də, Bakı Olimpiya Stadionunda Belarus yığması ilə yoldaşlıq oyunu keçirəcək Azərbaycan milli komandasının baş məşqçisi Qurban Qurbanovun bu gün mətbuat konfransında səsləndirdiyi fikirləri azerisport.az diqqətinizə çatdırır:
Futbol 07 mart

AFFA-nın XXV növbəti Konfransı keçirilib

Bu gün Bulvar otelində Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) XXV növbəti Konfransı keçirilib.
Futbol 09 fevral

Qurban QURBANOV: Billiatın klubu bizdən transfer pulu istəmişdi, amma 2 500 000 avro yox

Azerisport.az «Qarabağ» futbol klubunun baş məşqçisi Qurban Qurbanovun müsahibəsini təqdim edir.
Futbol 01 fevral

Samir ABASOV: Yüzdə yüz mən futbolçu Samir Abasovu bəyənməzdim

Bu gün "Sumqayıt" futbol klubunun baş məşqçisi Samir Abasovun 40 yaşı tamam olur.
Futbol 12 yanvar

İradə Quliyeva: O vaxt öz kapitan sarğımı ona hədiyyə etmişdim

Azerisport.az əməkdar məşqçi İradə Quliyevanın müsahibəsini təqdim edir.
Futbol 12 yanvar

Reytinq cədvəli açıqlanıb

FİFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb.