29 aprel 2012 11:30

Georgi Nikolov: Kaxaber Tsxadadzeni zorla saxlamayacağam

“İnter”in prezidenti Georgi Nikolov azerisport.az-a müsahibəsində komandasının avrokubok şanslarından, ölkə kubokunda mübarizəni dayandırmasından danışıb və heç kimi komandada zorla saxlamayacağını etiraf edib.
 
- Kubokda mübarizəni dayandırandan sonra əhvalınız necədir? Çərşənbə günü keçirilmiş oyunu artıq unutmuşunuz?
- Heyətə Cümə axşamı xüsusi istirahət verdik ki, məğlubiyyət acısından bir qədər uzaq olsunlar. Əlbəttə, bu oyunun nəticəsindən narazıyıq. Hamı başa düşür ki, meydanda bizim görməyə adət etdiyimiz - aqressiv, məqsədyönlü, çalışqan “İnter” yox idi. Canfəşanlığa görə heç kimə iradım yoxdur, ancaq oyunun nəticəsi...
 
- “Xəzər-Lənkəran”ın 6 xalının bərpasından sonra sizin komandanız üçüncü pilləyə düşdü və avrokuboklarsız qala bilər. Belə perspektiv sizi qorxutmur?
- Futbolda heç nə qorxutmamalıdır. Bu, idmandır. Burada nəticə qazanmaq, həmçinin qazanmamaq olar. “Xəzər-Lənkəran”ın 6 xal cəriməsi və xalların bərpası  özlüyündə mənə Latın Amerikası seriallarını xatırlatdı. Düşünürəm ki, bundan gözəl ssenari alınardı. Olsun, bu sadəcə Bazar günü keçiriləcək oyuna maraq qatır.
 
- Komandanızın ölkə kubokunun finalına çıxa bilməməsi əhvalınızı korladı?
- Əlbəttə. Ancaq mən buna fəlsəfi baxışla baxmağa çalışdım. Düşündüm ki, biz dörd dəfə Azərbaycan kubokunun finallarında oynamışıq və həmişə məğlub olmuşuq. Beşinci məğlubiyyəti istəməzdim, amma əminəm ki, ”Bakı”ya qarşı rahat oynaya bilərdik.
 
- Əgər “İnter” avrokuboklarsız qalsa, hər hansı qəti tədbirlər görəcəksiniz?  Məşqçi dəyişikliyi haqda sual qoyacaqsınız?
- Kaxaber Tsxadadzeyə etibar edirəm. Biz onunla çempion olmuşuq, “Çempionlar liqası”nda oynamışıq. Bizim gələcək mövsüm üçün qeydlərimiz artıq var. Tsxadadzeni vəzifəsindən azad etmək planım yoxdu. Ancaq əgər Kaxaber özü “İnter”də qalmaq istəməsə onu dayandırmayacağam. Bu, mənim qaydalarımda deyil. Ancaq bilirəm, siz onun istefasını istərdiz, axı onu çox da sevmirsiz (gülür).
 
- Yox, sadəcə komanda ardıcıl ikinci dəfə avrokuboklara düşə bilmirsə və bu komanda həmişə avrokuboklarda oynamağı qarşısına məqsəd qoyan “İnter”dirsə, onda bu, müəyyən düşüncəyə sövq edir.
- Hər halda güclənmək lazımdı. Biz çox az qol vururuq və bu, hamını narahat edir. 29 oyunda 28 qol heç nəyə yaramır. Bizə oyunçu almaq lazımdır. Belə heyətlə avrokuboklarda hç nə edə bilmərik. Məsələ indiki oyunçuların səviyyəsində yox, onların yorğunluğundadır. Digər tərəfdən, rəqabət hələ heç kimə mane olmayıb. Bax, həmin Mourinyo da “Real”ı heç cür “Çempiolıar liqası”nın finalına çıxara bilmir. Onu qovmurlar ki...
 
- Tsxadadze-yə bir illik müqavilə təklif etməyə hazırlaşırsınız?
- “İnter”in bütün əməkdaşları bir illik müqavilə imzalayır. Bizdə belə adətdir.

Похожие новости

Futbol 31 oktyabr

Xırdalan Media Team — Azərbaycan Media Liqasinin parlaq gücü

Xırdalan Media Team Azərbaycan Media Liqasının ən tanınmış və populyar komandalarından biridir.
Futbol 18 aprel

“Misli”dən canlı oyunlara misli görünməyən əmsalllar fürsəti

Qanuni idman mərc oyunları “Misli” böyük oyunlar üçün xüsusi fürsətlər yaradır. “Misli” dünya futbolunda hər həftə keçirilən əhəmiyyətli oyunlara Misli Görünməyən Əmsallar təklif edir.
Futbol 12 fevral

Nikola Yurçeviç мətbuat konfransı keçirib

Bu gün Bakı Olimpiya Stadionunda Azərbaycan milli komandasının baş məşqçisi Nikola Yurçeviçin mətbuat konfransı keçirilib.
Futbol 22 mart

Qurban Qurbanov: Əvvəl Qarabağla Çempionlar Liqasının qrup mərhələsinin oyunlarının Olimpiya stadionunda keçirilməsinin tərəfdarı deyildim

Martın 23-də, Bakı Olimpiya Stadionunda Belarus yığması ilə yoldaşlıq oyunu keçirəcək Azərbaycan milli komandasının baş məşqçisi Qurban Qurbanovun bu gün mətbuat konfransında səsləndirdiyi fikirləri azerisport.az diqqətinizə çatdırır:
Futbol 07 mart

AFFA-nın XXV növbəti Konfransı keçirilib

Bu gün Bulvar otelində Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) XXV növbəti Konfransı keçirilib.
Futbol 09 fevral

Qurban QURBANOV: Billiatın klubu bizdən transfer pulu istəmişdi, amma 2 500 000 avro yox

Azerisport.az «Qarabağ» futbol klubunun baş məşqçisi Qurban Qurbanovun müsahibəsini təqdim edir.
Futbol 01 fevral

Samir ABASOV: Yüzdə yüz mən futbolçu Samir Abasovu bəyənməzdim

Bu gün "Sumqayıt" futbol klubunun baş məşqçisi Samir Abasovun 40 yaşı tamam olur.
Futbol 12 yanvar

İradə Quliyeva: O vaxt öz kapitan sarğımı ona hədiyyə etmişdim

Azerisport.az əməkdar məşqçi İradə Quliyevanın müsahibəsini təqdim edir.
Futbol 12 yanvar

Reytinq cədvəli açıqlanıb

FİFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb.