30 aprel 2012 13:21

Neftçi çempionluq rekordunu yenilədi

Bakının “Neftçi” klubu növbəti dəfə Azərbaycan Premyer Liqasının çempionu adını qazandı. Azerisport.az xəbər verir ki, çempionatın sonuna 2 tur qalmış ən yazın izləyicisini 8 xal qabaqlayan paytaxt təmsilçisi tarixində 7-ci dəfə ölkə çempionu titulunu əldə etdi.
 
Bununla da “Neftçi” özünün Azərbaycan rekordunu yeniləyib. Belə ki, digər komandalardan heç biri bu qədər çempion olmayıb. “Kəpəz” 3, “Şəmkir”, “İnter” və “Bakı” hərəyə 2, “Qarabağ”, “Turan” və “Xəzər Lənkəran” hərəyə 1 dəfə qızıl medalların sahibi olub.
 
“Neftçi” həm də 5 illik ənənəyə son qoydu. Belə ki, 200506 mövsümündən başlayaraq hər il çempion dəyişirdisə, bakılılar ardıcıl 2-ci dəfə çempionluq tituluna sahib oldu. Bunadək də titulunu növbəti mövsüm qoruyan son komanda “Neftçi” olmuşdu. O vaxt paytaxt təmsilçisi 2003/04 və 2004/05 mövsümlərini qazanmışdı. Ümumilikdə isə “Neftçi” 3, “Kəpəz” və “Şəmkir”in hərəyə 1 dəfə ardıcıl çempionluqları var.
 
Azərbaycan futbolu tarixində heç bir klub ardıcıl 3 dəfə çempion olmayıb.
 
mövsüm çempion

1992 “Neftçi” Bakı
1993 “Qarabağ” Ağdam
1993/94 “Turan” Tovuz
1994/95 “Kəpəz” Gəncə
1995/96 “Neftçi” Bakı
1996/97 “Neftçi” Bakı
1997/98 “Kəpəz” Gəncə
1998/99 “Kəpəz” Gəncə
1999/2000 “Şəmkir”
2000/01 “Şəmkir”
2001/02 Yarımçıq dayandırılıb
2003/04 “Neftçi” Bakı
2004/05 “Neftçi” Bakı
2005/06 “Bakı”
2006/07 “Xəzər Lənkəran”
2007/08 “İnter” Bakı
2008/09 “Bakı”
2009/10 “İnter” Bakı
2010/11 “Neftçi” Bakı
2011/12 “Neftçi” Bakı

Похожие новости

Futbol 31 oktyabr

Xırdalan Media Team — Azərbaycan Media Liqasinin parlaq gücü

Xırdalan Media Team Azərbaycan Media Liqasının ən tanınmış və populyar komandalarından biridir.
Futbol 18 aprel

“Misli”dən canlı oyunlara misli görünməyən əmsalllar fürsəti

Qanuni idman mərc oyunları “Misli” böyük oyunlar üçün xüsusi fürsətlər yaradır. “Misli” dünya futbolunda hər həftə keçirilən əhəmiyyətli oyunlara Misli Görünməyən Əmsallar təklif edir.
Futbol 12 fevral

Nikola Yurçeviç мətbuat konfransı keçirib

Bu gün Bakı Olimpiya Stadionunda Azərbaycan milli komandasının baş məşqçisi Nikola Yurçeviçin mətbuat konfransı keçirilib.
Futbol 22 mart

Qurban Qurbanov: Əvvəl Qarabağla Çempionlar Liqasının qrup mərhələsinin oyunlarının Olimpiya stadionunda keçirilməsinin tərəfdarı deyildim

Martın 23-də, Bakı Olimpiya Stadionunda Belarus yığması ilə yoldaşlıq oyunu keçirəcək Azərbaycan milli komandasının baş məşqçisi Qurban Qurbanovun bu gün mətbuat konfransında səsləndirdiyi fikirləri azerisport.az diqqətinizə çatdırır:
Futbol 07 mart

AFFA-nın XXV növbəti Konfransı keçirilib

Bu gün Bulvar otelində Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) XXV növbəti Konfransı keçirilib.
Futbol 09 fevral

Qurban QURBANOV: Billiatın klubu bizdən transfer pulu istəmişdi, amma 2 500 000 avro yox

Azerisport.az «Qarabağ» futbol klubunun baş məşqçisi Qurban Qurbanovun müsahibəsini təqdim edir.
Futbol 01 fevral

Samir ABASOV: Yüzdə yüz mən futbolçu Samir Abasovu bəyənməzdim

Bu gün "Sumqayıt" futbol klubunun baş məşqçisi Samir Abasovun 40 yaşı tamam olur.
Futbol 12 yanvar

İradə Quliyeva: O vaxt öz kapitan sarğımı ona hədiyyə etmişdim

Azerisport.az əməkdar məşqçi İradə Quliyevanın müsahibəsini təqdim edir.
Futbol 12 yanvar

Reytinq cədvəli açıqlanıb

FİFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb.