30 aprel 2012 13:33
Son 2 turun oyunları eyni saatda başlayacaq
Futbol üzrə Azərbaycan Premyer Liqasının son iki turunun oyunları eyni saatda başlayacaq. Azerisport.az xəbər verir ki, bununla bağlı Peşəkar Futbol Liqasının prezidenti Ramin Musayev əmr imzalayıb.
PFL-in bu barədə yaydığı məlumatda aşağıdakılar bildirilir: “Yarışların Əsasnaməsinin 3.17 bəndini, həmçinin idman prinsiplərini nəzərə alaraq Premyer Liqa və əvəzedici komandaların 31-ci və 32-ci turlarının, I divizionun 29-cu və 30-cu turlarının bütün oyunlarının başlama vaxtı 17:30-a təyin olunsun”.
