30 aprel 2012 13:54

Cavadov və Top-top Qız Zaqatalada (FOTOREPORTAJ)

Zaqatala şəhərində FİFA U-17 qadınlararası dünya çempionatı Azərbaycan 2012-nin təbliğatı çərçivəsində “Live Your Goals” – “Öz Məqsədini Yaşat” festivalı keçirilib. Azerisport.az xəbər verir ki, tədbirlə əlaqədar əvvəlcə mətbuat konfransı təşkil olunub.
 
Mətbuat konfransında Zaqatala Rayon Gənclər və İdman İdarəsinin rəisi Araz Əliyev, Regional Futbol Federasiyaları İctimai Birliyinin prezidenti İskəndər Cavadov, futbol veteranı Rüstəm Rəhimov, müğənni Əfqan Hudulov və 17 yaşadək qızlardan ibarət Azərbaycan yığmasının oyunçusu Şahnaz Məmmədova iştirak ediblər.
 
Mətbuat konfransı başa çatdıqdan sonra tamaşaçıların alqış sədaları altında FİFA U-17 qadınlararası dünya çempionatı Azərbaycan 2012-nin maskotu Top-top Qız rəqs edərək stadiona daxil olub. Tədbirin aparıcısı maskotla bağlı tamaşaçılara ətraflı məlumat verərək festivalı açıq elan edib.
 
Çıxış edənlər bu festivalın Zaqatalada keçirilməsindən məmnun olduqlarını bildirib, belə tədbirlərin qadın futbolunun təbliğində əhəmiyyətli rol oynadığını qeyd ediblər.
 
Estrada ulduzu Əfqan Hudulovun həm Azərbaycan, həm də ingiliscə ifa etdiyi mahnılar tamaşaçılarda şən əhval-ruhiyyə yaradıb.
Xüsusi təyin olunmuş məşqçilərin rəhbərliyi ilə futbol meydançasında festivalın qonaqlarına göstərilən master-klass tamaşaçıların böyük marağına səbəb olub.
Festivalın sonunda tamaşaçılar dünya çempionatının maskotu Top-top Qızla şəkil çəkdirmək imkanı əldə ediblər.

Похожие новости

Futbol 31 oktyabr

Xırdalan Media Team — Azərbaycan Media Liqasinin parlaq gücü

Xırdalan Media Team Azərbaycan Media Liqasının ən tanınmış və populyar komandalarından biridir.
Futbol 18 aprel

“Misli”dən canlı oyunlara misli görünməyən əmsalllar fürsəti

Qanuni idman mərc oyunları “Misli” böyük oyunlar üçün xüsusi fürsətlər yaradır. “Misli” dünya futbolunda hər həftə keçirilən əhəmiyyətli oyunlara Misli Görünməyən Əmsallar təklif edir.
Futbol 12 fevral

Nikola Yurçeviç мətbuat konfransı keçirib

Bu gün Bakı Olimpiya Stadionunda Azərbaycan milli komandasının baş məşqçisi Nikola Yurçeviçin mətbuat konfransı keçirilib.
Futbol 22 mart

Qurban Qurbanov: Əvvəl Qarabağla Çempionlar Liqasının qrup mərhələsinin oyunlarının Olimpiya stadionunda keçirilməsinin tərəfdarı deyildim

Martın 23-də, Bakı Olimpiya Stadionunda Belarus yığması ilə yoldaşlıq oyunu keçirəcək Azərbaycan milli komandasının baş məşqçisi Qurban Qurbanovun bu gün mətbuat konfransında səsləndirdiyi fikirləri azerisport.az diqqətinizə çatdırır:
Futbol 07 mart

AFFA-nın XXV növbəti Konfransı keçirilib

Bu gün Bulvar otelində Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) XXV növbəti Konfransı keçirilib.
Futbol 09 fevral

Qurban QURBANOV: Billiatın klubu bizdən transfer pulu istəmişdi, amma 2 500 000 avro yox

Azerisport.az «Qarabağ» futbol klubunun baş məşqçisi Qurban Qurbanovun müsahibəsini təqdim edir.
Futbol 01 fevral

Samir ABASOV: Yüzdə yüz mən futbolçu Samir Abasovu bəyənməzdim

Bu gün "Sumqayıt" futbol klubunun baş məşqçisi Samir Abasovun 40 yaşı tamam olur.
Futbol 12 yanvar

İradə Quliyeva: O vaxt öz kapitan sarğımı ona hədiyyə etmişdim

Azerisport.az əməkdar məşqçi İradə Quliyevanın müsahibəsini təqdim edir.
Futbol 12 yanvar

Reytinq cədvəli açıqlanıb

FİFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb.