30 aprel 2012 14:26

Bakı hələ belə məğlub olmamışdı

“Rəvan” üçün ilk
 
Bakının “Rəvan” klubu Premyer Liqa tarixində ilk dəfə böyük hesablı qələbə qazanıb. Azerisport.az xəbər verir ki, “Kəpəz”i 5:1 hesabı ilə məğlub edən Bəhmən Həsənovun yetirmələri yüksək dəstədəki debüt mövsümündə indiyədək 3 və ya daha çox top fərqilə qalib gəlməmişdi. Hesabında bunadək 8 qələbəsi olan komanda 6 dəfə 1, 2 dəfə də 2 top fərqi ilə 3 xal əldə etmişdi. Bu dəfə isə komanda tarixinin rekordunu müəyyənləşdirdi.
 
Ötən mövsüm “Neftçi”, indi “Rəvan”
 
Gəncənin “Kəpəz” klubu cari mövsümdə ən ağır məğlubiyyətini alıb. Fuad İsmayılovun yetirmələri “Rəvan”a 1:5 hesabı ilə uduzublar ki, gəncəlilər üçün sonuncu belə uğursuzluq ötən mövsüm qeydə alınmışdı. 2010-cu il dekabrın 18-də “Kəpəz” “Neftçi”yə 0:4 hesabı ilə məğlub olmuşdu. “Kəpəz”in qapısına 5 və ya daha artıq qol vuran son komanda da “Neftçi” olmuşdu. Bakılılar 2010-cu il oktyabrın 23-də 6:2 hesabı ilə qalib gəlmişdi.
 
Qara zolaqda
 
Ağdamın “Qarabağ” klubu ardıcıl 3 oyundur ki, məğlub olur. Qurban Qurbanovun yetirmələri XXXVIII turda “Qəbələ”yə səfərdə 0:1, XXIX turda evdə “Bakı”ya 2:4 hesabı ilə uduzduqdan sonra “Neftçi” ilə səfər oyununda da 1:2 hesabı ilə məğlub oldu. Ağdam təmsilçisi çempionatda sonuncu dəfə belə uğursuz seriyanı ötən mövsüm yaşamışdı. Həmin vaxt 2-ci dövrənin əvvəlində - 2010-cu il noyabrın 13-dən 28-dək olan 16 gün ərzində Qurbanovun yetirmələri “Bakı” və AZAL-ın hər ikisinə 0:2, “Neftçi”yə 0:1 hesabı ilə uduzmuşdu.
 
“Bakı” belə uduzmamışdı
 
“Bakı” klubu Premyer Liqada  indiki adı altında ən ağır məğlubiyyətini alıb. Səfərdə “Qəbələ”yə 0:4 hesabı ilə uduzan bakılılar 2004-cü ilin yayında adını dəyişdikdən sonra ən pis halda 3 top fərqilə məğlub olmuşdu. Klub tarixinin ən azı 4 top fərqli sonuncu məğlubiyyəti isə “Dinamo” adlandığı vaxta təsadüf edib. 2003/04 mövsümündə - 2003-cü ilin mayın 31-də “Şəmkir”in qonağı olan paytaxt təmsilçisi qərblilərə 0:4 hesabı ilə uduzmuşdu.
(PFL)

Похожие новости

Futbol 31 oktyabr

Xırdalan Media Team — Azərbaycan Media Liqasinin parlaq gücü

Xırdalan Media Team Azərbaycan Media Liqasının ən tanınmış və populyar komandalarından biridir.
Futbol 18 aprel

“Misli”dən canlı oyunlara misli görünməyən əmsalllar fürsəti

Qanuni idman mərc oyunları “Misli” böyük oyunlar üçün xüsusi fürsətlər yaradır. “Misli” dünya futbolunda hər həftə keçirilən əhəmiyyətli oyunlara Misli Görünməyən Əmsallar təklif edir.
Futbol 12 fevral

Nikola Yurçeviç мətbuat konfransı keçirib

Bu gün Bakı Olimpiya Stadionunda Azərbaycan milli komandasının baş məşqçisi Nikola Yurçeviçin mətbuat konfransı keçirilib.
Futbol 22 mart

Qurban Qurbanov: Əvvəl Qarabağla Çempionlar Liqasının qrup mərhələsinin oyunlarının Olimpiya stadionunda keçirilməsinin tərəfdarı deyildim

Martın 23-də, Bakı Olimpiya Stadionunda Belarus yığması ilə yoldaşlıq oyunu keçirəcək Azərbaycan milli komandasının baş məşqçisi Qurban Qurbanovun bu gün mətbuat konfransında səsləndirdiyi fikirləri azerisport.az diqqətinizə çatdırır:
Futbol 07 mart

AFFA-nın XXV növbəti Konfransı keçirilib

Bu gün Bulvar otelində Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) XXV növbəti Konfransı keçirilib.
Futbol 09 fevral

Qurban QURBANOV: Billiatın klubu bizdən transfer pulu istəmişdi, amma 2 500 000 avro yox

Azerisport.az «Qarabağ» futbol klubunun baş məşqçisi Qurban Qurbanovun müsahibəsini təqdim edir.
Futbol 01 fevral

Samir ABASOV: Yüzdə yüz mən futbolçu Samir Abasovu bəyənməzdim

Bu gün "Sumqayıt" futbol klubunun baş məşqçisi Samir Abasovun 40 yaşı tamam olur.
Futbol 12 yanvar

İradə Quliyeva: O vaxt öz kapitan sarğımı ona hədiyyə etmişdim

Azerisport.az əməkdar məşqçi İradə Quliyevanın müsahibəsini təqdim edir.
Futbol 12 yanvar

Reytinq cədvəli açıqlanıb

FİFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb.