30 aprel 2012 14:45

Arif Əsədov: Hacıyev başlanılan işi davam etdirdi

“Neftçi”nin sabiq baş məşqçisi Arif Əsədov azerisport.az saytına müsahibəsində keçmiş komandasının növbəti dəfə Azərbaycan çempionu olmasından danışıb.

- Vaxtilə siz “Neftçi”ni sona üç tur qalmış çempion etmişdiniz. Amma bu dəfə onlar iki tur qalmış qızıl medalları təmin etdilər. Bu, nədənsə xəbər vermir ki?
- Bütövlükdə, heç bir məna kəsb etmir. Bu, beş tur qalmış da ola bilər, son turda da. Əsas odu ki, komanda çempionluğu qazandı.
 
- Bu dəfəki çempionluğu nə dərəcədə layiqli hesab edirsiz?
- Tamamilə layiqli çempionluqdu. “Neftçi” bir daha göstərdi ki, hazırda ölkənin ən güclü komandasıdı. Ötən mövsüm hakimlərin köməyindən çox danışılırdı. Həmin şayiələrin də qədər əhəmiyyətsiz olduğu bu mövsüm bir daha təsdiqləndi.
 
- Təəssüflənmirsiz ki, siz qazandığınız çempionluqda kənar amillərdən çox danışıldığı halda, bu dəfə demək olar ki, həmin söhbətlərdən əsər-əlamət yoxdu?
- Xeyr. Yeni nəsə yaradılanda tənqidlərə, əlavə sözlərə yer olmamalıdı. O vaxt İqor Mitreski gətiriləndə deyilirdi ki, qocadı. Bahodir Nasimov, Slavço Georgiyevski haqda da xoş sözlər eşitmək olmurdu. İndi isə hamı onlardan, qazandıqları nəticələrdən danışırlar. Deməli, biz o vaxt səhv etməmişdik. Sadəcə o vaxt çox çətin idi, bizdən çox şey tələb olunurdu.
 
- Bu komanda ilə siz işlədiyiniz komanda arasında nə fərq var?
- Təbii ki, psixoloji cəhətdən bu komanda özünə daha çox inanır. Bütövlükdə götürdükdə isə ciddi dəyişiklik yoxdu. Heyət əvvəlki kimi qalıb. Böyükağa Hacıyev başlanılan işi davam etdirdi. Taktikanı dəyişmədi. İndi bu komanda “qızıl dubl” da edə bilər.
 
- Sizin çempionluğa şübhəniz var idi?
- Ola bilsin ki, mövsümün əvvəlində belə şübhələr var idi. Bəzi mövqelərdə arada dəyişikliklər olurdu. Bu üzdən sabit oyun da alınmırdı. Amma köhnə taktikaya qayıtdıqdan sonra hər kəs öz oyununu tapdı və komanda xallar qazanmağa başladı.
 
- Bəs sizcə, “Neftçi”nin rəqiblərində nə alınmadı?
- Digər klublarda əsasən sabitlik çatışmadı. Məsələn, götürək “Xəzər Lənkəran”ı. Mövsümün gedişində bir neçə dəfə baş məşqçi dəyişikliyinə əl atılması, heyətdə aparılan islahatlar sözünü deməyə bilməzdi.
 
- “Neftçi” Çempionlar Liqasında uğur qazana biləcək?
- Komanda güclənməsə, bu, çox çətin olacaq. Rəhbərliyin bu barədə nə düşündüyünü bilmirəm. Amma beynəlxalq arenada uğur qazanmaq üçün buna ehtiyac var. Hər mövqeyə yeni oyunçular dəvət etmək lazımdı. Baxmayaraq ki, yeni oyunçuların da avrokuboklara qədər uyğunlaşma ilə bağlı problemləri olur.

Похожие новости

Futbol 31 oktyabr

Xırdalan Media Team — Azərbaycan Media Liqasinin parlaq gücü

Xırdalan Media Team Azərbaycan Media Liqasının ən tanınmış və populyar komandalarından biridir.
Futbol 18 aprel

“Misli”dən canlı oyunlara misli görünməyən əmsalllar fürsəti

Qanuni idman mərc oyunları “Misli” böyük oyunlar üçün xüsusi fürsətlər yaradır. “Misli” dünya futbolunda hər həftə keçirilən əhəmiyyətli oyunlara Misli Görünməyən Əmsallar təklif edir.
Futbol 12 fevral

Nikola Yurçeviç мətbuat konfransı keçirib

Bu gün Bakı Olimpiya Stadionunda Azərbaycan milli komandasının baş məşqçisi Nikola Yurçeviçin mətbuat konfransı keçirilib.
Futbol 22 mart

Qurban Qurbanov: Əvvəl Qarabağla Çempionlar Liqasının qrup mərhələsinin oyunlarının Olimpiya stadionunda keçirilməsinin tərəfdarı deyildim

Martın 23-də, Bakı Olimpiya Stadionunda Belarus yığması ilə yoldaşlıq oyunu keçirəcək Azərbaycan milli komandasının baş məşqçisi Qurban Qurbanovun bu gün mətbuat konfransında səsləndirdiyi fikirləri azerisport.az diqqətinizə çatdırır:
Futbol 07 mart

AFFA-nın XXV növbəti Konfransı keçirilib

Bu gün Bulvar otelində Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) XXV növbəti Konfransı keçirilib.
Futbol 09 fevral

Qurban QURBANOV: Billiatın klubu bizdən transfer pulu istəmişdi, amma 2 500 000 avro yox

Azerisport.az «Qarabağ» futbol klubunun baş məşqçisi Qurban Qurbanovun müsahibəsini təqdim edir.
Futbol 01 fevral

Samir ABASOV: Yüzdə yüz mən futbolçu Samir Abasovu bəyənməzdim

Bu gün "Sumqayıt" futbol klubunun baş məşqçisi Samir Abasovun 40 yaşı tamam olur.
Futbol 12 yanvar

İradə Quliyeva: O vaxt öz kapitan sarğımı ona hədiyyə etmişdim

Azerisport.az əməkdar məşqçi İradə Quliyevanın müsahibəsini təqdim edir.
Futbol 12 yanvar

Reytinq cədvəli açıqlanıb

FİFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb.