30 aprel 2012 17:11
“Qarşıda bizi daha vacib oyunlar gözləyir”
“İnter”in yarımmüdafiəçisi Samir Zərgərov son turda keçirilmiş “Xəzər Lənkəran”la matç barədə fikirlərini açıqlayıb. Azerisport.az xəbər verir ki, o, qolsuz başa çatan görüşlə bağlı bunları dilə gətirib:
“Oyun maraqlı alındı, hər iki komanda son dəqiqəyədək mübarizə apardı. Düşünürəm ki, qol vurulmasa da, qarşılaşma heç kimi biganə qoymadı. Artıq mövsümün sonudu və futbolçularda yorğunluq var. Ancaq biz bu vəziyyətin hərəkətlərimizə təsir göstərməməsi üçün var gücümüzlə oynamağa çalışdıq. Qarşıda bizi daha vacib oyunlar gözləyir və həmin matçlara daha diqqətlə yanaşmalıyıq”.
