30 aprel 2012 17:36

TFF-dən Fenerbahçe ilə bağlı önəmli qərar

Türkiyə futbolunda danışılmış oyunlarla bağlı uzun müddətdir davam edən proseslə əlaqədar ən kritik qərar açıqlanıb. Azerisport.az xəbər verir ki, bu gün mətbuat konfransı keçirən Türkiyə Futbol Federasiyasının prezidenti Yıldırım Dəmirörən danışılmış oyunlara cəhdlərin meydanlarda əksini tapmadığını vurğulayıb.
 
O, Türkiyə Futbol Federasiyası (TFF) İntizam Kodeksinin 58-ci maddəsinə xal silmə cəzasının da əlavə edildiyini söyləyib. Bundan başqa Dəmirörən Superliqada 22 oyunun TFF İntizam Komitəsinə cəlb edildiyini bildirib. İntizam Komitəsi 48 saat ərzində, yəni mayın 2-dək qərarını açıqlayacaq.
 
Qeyd edək ki, 58-ci maddəyə edilən dəyişiklik danışılmış oyunda iştirak edən klubun aşağı liqaya endirilməsi əvəzinə hesabındakı xallarının silinməsini nəzərdə tutur. Bu isə o deməkdir ki, adı oyun alqı-satqısında hallanan “Fenerbahçe” klubunun Superliqadan I Liqaya düşürülmə ehtimalı aradan qalxıb. Klub ən pis halda xallarından silinmə ilə canını qurtaracaq.

Похожие новости

Futbol 31 oktyabr

Xırdalan Media Team — Azərbaycan Media Liqasinin parlaq gücü

Xırdalan Media Team Azərbaycan Media Liqasının ən tanınmış və populyar komandalarından biridir.
Futbol 18 aprel

“Misli”dən canlı oyunlara misli görünməyən əmsalllar fürsəti

Qanuni idman mərc oyunları “Misli” böyük oyunlar üçün xüsusi fürsətlər yaradır. “Misli” dünya futbolunda hər həftə keçirilən əhəmiyyətli oyunlara Misli Görünməyən Əmsallar təklif edir.
Futbol 12 fevral

Nikola Yurçeviç мətbuat konfransı keçirib

Bu gün Bakı Olimpiya Stadionunda Azərbaycan milli komandasının baş məşqçisi Nikola Yurçeviçin mətbuat konfransı keçirilib.
Futbol 22 mart

Qurban Qurbanov: Əvvəl Qarabağla Çempionlar Liqasının qrup mərhələsinin oyunlarının Olimpiya stadionunda keçirilməsinin tərəfdarı deyildim

Martın 23-də, Bakı Olimpiya Stadionunda Belarus yığması ilə yoldaşlıq oyunu keçirəcək Azərbaycan milli komandasının baş məşqçisi Qurban Qurbanovun bu gün mətbuat konfransında səsləndirdiyi fikirləri azerisport.az diqqətinizə çatdırır:
Futbol 07 mart

AFFA-nın XXV növbəti Konfransı keçirilib

Bu gün Bulvar otelində Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) XXV növbəti Konfransı keçirilib.
Futbol 09 fevral

Qurban QURBANOV: Billiatın klubu bizdən transfer pulu istəmişdi, amma 2 500 000 avro yox

Azerisport.az «Qarabağ» futbol klubunun baş məşqçisi Qurban Qurbanovun müsahibəsini təqdim edir.
Futbol 01 fevral

Samir ABASOV: Yüzdə yüz mən futbolçu Samir Abasovu bəyənməzdim

Bu gün "Sumqayıt" futbol klubunun baş məşqçisi Samir Abasovun 40 yaşı tamam olur.
Futbol 12 yanvar

İradə Quliyeva: O vaxt öz kapitan sarğımı ona hədiyyə etmişdim

Azerisport.az əməkdar məşqçi İradə Quliyevanın müsahibəsini təqdim edir.
Futbol 12 yanvar

Reytinq cədvəli açıqlanıb

FİFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb.