30 aprel 2012 17:58

Georgi Adamiya: Hələ şansımız var

“Qarabağ”ın yarımmüdafiəçisi Georgi Adamiya Premyer Liqanın 30-cu turunun “Neftçi” ilə oyunundan (1:2) sonra azerisport.az saytının suallarını cavablandırıb, komandasının avrokuboklara yollanmaq şanslarından danışıb.
 
- “Neftçi” ilə oyun haqda nə deyə bilərsiz?
- Oyun özü yaxşı alındı. Maraqlı, baxımlı oyun gördük. Amma çox təəssüflərki, öz istəyimizə çata bilmədik. Oyunu son saniyələrdə əldən verdik ki, bu da çox ağırdı.
 
- Bu məğlubiyyətdən sonra “Qarabağ”ın avrokuboklarsız qalmaq təhlükəsi daha da artdı...
- Bəli, vəziyyət ürəkaçan deyil. Amma hələ hər şey itirlməyib. Qarşıda daha iki tur var. Bizim də bu oyunlarda uğur qazanmaq şansımız qalmaqdadı. Əgər qarşıdakı oyunlarda qələbə qazansaq, avrokuboklara gedə bilərik.

- Amma bu rəqibləriniz də sizdən öndə olan və avrokuboklara vəsiqə qazanmağa çalışan “Xəzər Lənkəran”la “İnter”di...
- Elə digər rəqiblərimiz də onlar kimi sıradan deyildi. Amma istənilən halda bizə öz istəyimizə nail olmaq üçün qələbə qazanmaq lazımdı.
 
- “Qarabağ”ın son oyunlarda qol vəziyyətlərini daha çox boşa verməsi diqqət çəkməkdədi. Bu, nə ilə bağlıdı?
- Etiraf edim ki, bunun niyə belə olduğunu mən də dəqiq bilmirəm. Son vaxtlar həqiqətən yaratdığımız qol vəziyyətlərini boşa verməklə məşğuluq. Lakin vəziyyəti öz xeyrimizə dəyişmək üçün çalışırıq.
 
- Qarşıdan gələn “İnter”lə oyun barədə nə deyə bilərsiz?
- “İnter” yaxşı, kompakt oyun göstərir. Bizi çox çətin oyun gözləyir. Amma buna baxmayaraq, bizə bu oyunda qələbə qazanmaq lazımdı. Düzdü, buna nail olmaq çox çətin olacaq. Başqa çıxış yolumuz isə demək olar ki, yoxdu.
 
- “Qarabağ” avrokuboklardan kənarda qalsa, bunu necə qəbul edəcəksiz?
- Əgər avrokuboklara getməsək, bu, çox üzücü olacaq. Ötən illərdə biz Azərbaycanı avrokuboklarda uğurla təmsil edirdik. Pley-offa kimi irəliləyirdik. Şəxsən mənə “Qarabağ”ın avrokuboklardan kənar qalması çox üzücü olacaq.
 
- Müqavilənizin müddəti yayda başa çatır. Gələcək planlarınız necədi?
- Hələ heç nə məlum deyil. Hazırda bütün fikirlərim klubumun çıxışına yönəlib. Mövsümü mümkün qədər yaxşı başa vurmaq istəyirik. Müqavilənin müddəti bitəndə, hər şeyə aydınlıq gətirrik.

Похожие новости

Futbol 31 oktyabr

Xırdalan Media Team — Azərbaycan Media Liqasinin parlaq gücü

Xırdalan Media Team Azərbaycan Media Liqasının ən tanınmış və populyar komandalarından biridir.
Futbol 18 aprel

“Misli”dən canlı oyunlara misli görünməyən əmsalllar fürsəti

Qanuni idman mərc oyunları “Misli” böyük oyunlar üçün xüsusi fürsətlər yaradır. “Misli” dünya futbolunda hər həftə keçirilən əhəmiyyətli oyunlara Misli Görünməyən Əmsallar təklif edir.
Futbol 12 fevral

Nikola Yurçeviç мətbuat konfransı keçirib

Bu gün Bakı Olimpiya Stadionunda Azərbaycan milli komandasının baş məşqçisi Nikola Yurçeviçin mətbuat konfransı keçirilib.
Futbol 22 mart

Qurban Qurbanov: Əvvəl Qarabağla Çempionlar Liqasının qrup mərhələsinin oyunlarının Olimpiya stadionunda keçirilməsinin tərəfdarı deyildim

Martın 23-də, Bakı Olimpiya Stadionunda Belarus yığması ilə yoldaşlıq oyunu keçirəcək Azərbaycan milli komandasının baş məşqçisi Qurban Qurbanovun bu gün mətbuat konfransında səsləndirdiyi fikirləri azerisport.az diqqətinizə çatdırır:
Futbol 07 mart

AFFA-nın XXV növbəti Konfransı keçirilib

Bu gün Bulvar otelində Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) XXV növbəti Konfransı keçirilib.
Futbol 09 fevral

Qurban QURBANOV: Billiatın klubu bizdən transfer pulu istəmişdi, amma 2 500 000 avro yox

Azerisport.az «Qarabağ» futbol klubunun baş məşqçisi Qurban Qurbanovun müsahibəsini təqdim edir.
Futbol 01 fevral

Samir ABASOV: Yüzdə yüz mən futbolçu Samir Abasovu bəyənməzdim

Bu gün "Sumqayıt" futbol klubunun baş məşqçisi Samir Abasovun 40 yaşı tamam olur.
Futbol 12 yanvar

İradə Quliyeva: O vaxt öz kapitan sarğımı ona hədiyyə etmişdim

Azerisport.az əməkdar məşqçi İradə Quliyevanın müsahibəsini təqdim edir.
Futbol 12 yanvar

Reytinq cədvəli açıqlanıb

FİFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb.