30 aprel 2012 10:50

Slavço Georgiyevski: Kubokun finalından sonra artıq Neftçinin oyunçusu olmayacağam

“Neftçi”nin makedoniyalı yarımmüdafiəçisi Slavço Georgiyevski futbol üzrə Azərbaycan çempionatının 30-cu turu çərçivəsində keçirilmiş görüşdə “Qarabağ” üzərində qələbədən (2:1) sonra azerisport.az müxbirinin suallarını cavablayıb.
 
- “Neftçi”nin ikinci il ardıcıl Azərbaycan çempionu olduğunu müəyyənləşdirən “İnter” - “Xəzər Lənkəran” oyununu harada izlədiniz?
- Evdə. “Qarabağ”la çətin oyundan sonra toplanış olmayacağı qərarlaşdırıldı. Hələ bunu qeyd etməyə imkan tapacağıq.
 
- Mövsümün birinci hissəsindəki kimi, sizə yenə də Ağdam klubu üzərində əzmkar qələbə müyəssər oldu...
- Bu komandalar arasında oyunlar həmişə çətin keçir. Hətta hesabda irəlidə olanda belə, rahat olmursan. İstənilən an nə desən ola bilər.
 
- Bu qələbə faktiki olaraq “Neftçi” üçün çempionluq qələbəsi oldu...
- Çətin mövsüm alındı. Uğuru təkrarlamaq asan deyildi. Premyer-liqada iddialı komandalar kifayət qədərdir. Ancaq biz səviyyəmizin digər komandalardan üstün olduğunu göstərdik. Çətinlik həm də çempionat oyunları ilə yanaşı Kubokda uğurlu oyun və finala vəsiqə ilə səciyyələnirdi. Bütün komandanı, klub rəhbərliyini, bizi dəstəkləyən azarkeşlərimizi təbrik edirəm.
 
- Hansı çempionluq daha çətin idi?
- Hər biri özlüyündə çətin idi. Əlbəttə yarışı qazanmaq uğuru təkrarlamaqdan asandır. Həm də çempiona qarşı tamilə fərqli köklənirlər.
 
- Deməli hazırki çempionluq sizə daha vacibdir?
- Bu baxış bucağından asılıdır. Ötən mövsüm çempion olduqdan sonra guya bizə kömək edilməsi barədə çoxlu söz-söhbət gəzirdi. Bu mövsüm biz, hər şeyin belə olmadığını göstərdik. Hamıdan yaşı oynadıq və layiqincə qızıl medalları qazandıq.
 
- Komandanın birinci yeri təmin etməsinə baxmayaraq, mövsüm bununla bitmədi. Qalan iki tura köklənmə mənbəyiniz nə olacaq?
- Sona qədər oynayacağıq. Bizim xislətimiz belədir. Ola bilər ki. Kimə isə istirahət verilsin. Axı hələ qarşıda Azərbaycan Kuboku uğrunda həlledici görüş var.
 
- Artıq qızıl dubl haqda düşünürsünüz?
- Hələ mövsümün başlanğıcında bizim belə tapşırığımız vardı. “Neftçi”nin bəzi futbolçularının belə şansı artıq olmaya bilər. Final oyununa hələ vaxt var, çempionluğu bayram etmək üçün iki gün vaxt verin.
 
- İki kəlmə - Çempionlar liqası.
- Kubokun final oyunundan sonra mən artıq Neftçi-nin oyunçusu olmayacağam. Mənə klub rəhbərliyi ilə görüşmək, sonra Çempionlar Liqası haqda danışmaq lazımdı.

Похожие новости

Futbol 31 oktyabr

Xırdalan Media Team — Azərbaycan Media Liqasinin parlaq gücü

Xırdalan Media Team Azərbaycan Media Liqasının ən tanınmış və populyar komandalarından biridir.
Futbol 18 aprel

“Misli”dən canlı oyunlara misli görünməyən əmsalllar fürsəti

Qanuni idman mərc oyunları “Misli” böyük oyunlar üçün xüsusi fürsətlər yaradır. “Misli” dünya futbolunda hər həftə keçirilən əhəmiyyətli oyunlara Misli Görünməyən Əmsallar təklif edir.
Futbol 12 fevral

Nikola Yurçeviç мətbuat konfransı keçirib

Bu gün Bakı Olimpiya Stadionunda Azərbaycan milli komandasının baş məşqçisi Nikola Yurçeviçin mətbuat konfransı keçirilib.
Futbol 22 mart

Qurban Qurbanov: Əvvəl Qarabağla Çempionlar Liqasının qrup mərhələsinin oyunlarının Olimpiya stadionunda keçirilməsinin tərəfdarı deyildim

Martın 23-də, Bakı Olimpiya Stadionunda Belarus yığması ilə yoldaşlıq oyunu keçirəcək Azərbaycan milli komandasının baş məşqçisi Qurban Qurbanovun bu gün mətbuat konfransında səsləndirdiyi fikirləri azerisport.az diqqətinizə çatdırır:
Futbol 07 mart

AFFA-nın XXV növbəti Konfransı keçirilib

Bu gün Bulvar otelində Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) XXV növbəti Konfransı keçirilib.
Futbol 09 fevral

Qurban QURBANOV: Billiatın klubu bizdən transfer pulu istəmişdi, amma 2 500 000 avro yox

Azerisport.az «Qarabağ» futbol klubunun baş məşqçisi Qurban Qurbanovun müsahibəsini təqdim edir.
Futbol 01 fevral

Samir ABASOV: Yüzdə yüz mən futbolçu Samir Abasovu bəyənməzdim

Bu gün "Sumqayıt" futbol klubunun baş məşqçisi Samir Abasovun 40 yaşı tamam olur.
Futbol 12 yanvar

İradə Quliyeva: O vaxt öz kapitan sarğımı ona hədiyyə etmişdim

Azerisport.az əməkdar məşqçi İradə Quliyevanın müsahibəsini təqdim edir.
Futbol 12 yanvar

Reytinq cədvəli açıqlanıb

FİFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb.