30 aprel 2012 11:50
Rusiya yığmasını Bakıya Advokat gətirməyəcək
Futbol üzrə Rusiya yığma komandasının baş məşqçisi Dik Advokat AÇ-2012-dən sonra Rusiya Futbol İttifaqı ilə müqavilə müddətini uzatmayacaq. Azerisport.az xəbər verir ki, hollandiyalı mütəxəssis qərarı haqda sabah elan edəcək.
Qeyd edək ki, artıq “PSV Eindhoven” illik 2 milyon avro məbləğində təkliflə Advokata müraciət edib. Lakin onun yekun qərarı hələlik dəqiq bilinmir.
Xatırladaq ki, Azərbaycan yığması DÇ-2014-ün seçmə mərhələsi çərçivəsində Rusiya komandasının rəqibidi.
