30 aprel 2012 12:46
Yığmamızın heyətində 1 dəyişiklik edildi
Xəbər verdiyimiz kimi, mayın 1-dən 6-a qədər Latviyanın paytaxtı Riqada 16 yaşadək futbolçulardan ibarət Azərbaycan yığmasının təlim-məşq toplanışı keçiriləcək. Azerisport.az xəbər verir ki, səfər öncəsi toplanışa dəvət olunmuş futbolçuların siyahısında 1 dəyişiklik edilib.
Belə ki, Coşqun Süleymanov zədəli olduğu üçün onun əvəzinə heyətə “Bakı” klubunun üzvü Rafiq Zamanov dəvət olunub. Məlumatı AFFA yayıb.
