1 may 2012 12:56

Elnurun rekordunu Elnur qırdı

"Qəbələ”nin futbolçusu Elnur Mustafazadə klubun tarixinə düşüb. Azerisport.az xəbər verir ki, Premyer Liqanın 30-cu turunun “Bakı” ilə qarşılaşmasının 78-ci dəqiqəsində meydana daxil olan "Qəbələ" Futbol Akademiyasının yetirməsi klub tarixinin ən gənc oyunçusu olub.
 
1995-ci il sentyabrın 14-də anadan olan Elnur aprelin 29-dakı matçda heç 17 yaşı olmamış iştirak edib. 16 yaş 7 ay 25 günlüyündə “Qəbələ”də debüt edən Mustafazadə klub rekordunu yeniləyib. O, 7 illik rekordu arxada qoyub.
 
Belə ki, “Qəbələ”nin rekordu 2005-ci ildə qeydə alınmışdı. Komanda Xanları təmsil edib “Göy-Göl” adlandığı vaxt keçirdiyi ilk qarşılaşmada Elnur Allahverdiyev debüt etmişdi. 2005-ci il sentyabrın 21-də birinci dəstənin ilk turunun “Şərur”la oyununda meydana çıxan gənc futbolçu 17 yaş 7 günlüyündə buna nail olmuşdu. 1988-ci il sentyabrın 14-də anadan olan Elnurun rekordu yalnız 7 ildən sonra Premyer Liqada qırıldı. Maraqlısı odur ki, Elnurun rekordunu elə adaşı Elnur qırdı.
 
Sözügedən 2 futbolçudan başqa daha 1 oyunçu 18 yaşı tamam olmamış “Qəbələ”nin heyətində rəsmi matça çıxıb. Bu, Mustafazadəyə qədər Premyer Liqa oyunlarında “Qəbələ” forması geymiş ən gənc futbolçu olan Nuran Qurbanovdur. 1993-cü il avqustun 10-da anadan olan futbolçu ötən mövsüm komandada debüt edib. O, 2011-cu fevralın 27-də “Gəncə” ilə qarşılaşmada meydana çıxanda 17 yaş 6 ay 19 günlüyündə olub.
 
Qeyd edək ki, komandanın daha 2 üzvü Tarzin Cahangirov və Amil Yunanov 18 yaşını qeyd etdikdən sonra meydana çıxıblar. (klub saytı)

Похожие новости

Futbol 31 oktyabr

Xırdalan Media Team — Azərbaycan Media Liqasinin parlaq gücü

Xırdalan Media Team Azərbaycan Media Liqasının ən tanınmış və populyar komandalarından biridir.
Futbol 18 aprel

“Misli”dən canlı oyunlara misli görünməyən əmsalllar fürsəti

Qanuni idman mərc oyunları “Misli” böyük oyunlar üçün xüsusi fürsətlər yaradır. “Misli” dünya futbolunda hər həftə keçirilən əhəmiyyətli oyunlara Misli Görünməyən Əmsallar təklif edir.
Futbol 12 fevral

Nikola Yurçeviç мətbuat konfransı keçirib

Bu gün Bakı Olimpiya Stadionunda Azərbaycan milli komandasının baş məşqçisi Nikola Yurçeviçin mətbuat konfransı keçirilib.
Futbol 22 mart

Qurban Qurbanov: Əvvəl Qarabağla Çempionlar Liqasının qrup mərhələsinin oyunlarının Olimpiya stadionunda keçirilməsinin tərəfdarı deyildim

Martın 23-də, Bakı Olimpiya Stadionunda Belarus yığması ilə yoldaşlıq oyunu keçirəcək Azərbaycan milli komandasının baş məşqçisi Qurban Qurbanovun bu gün mətbuat konfransında səsləndirdiyi fikirləri azerisport.az diqqətinizə çatdırır:
Futbol 07 mart

AFFA-nın XXV növbəti Konfransı keçirilib

Bu gün Bulvar otelində Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) XXV növbəti Konfransı keçirilib.
Futbol 09 fevral

Qurban QURBANOV: Billiatın klubu bizdən transfer pulu istəmişdi, amma 2 500 000 avro yox

Azerisport.az «Qarabağ» futbol klubunun baş məşqçisi Qurban Qurbanovun müsahibəsini təqdim edir.
Futbol 01 fevral

Samir ABASOV: Yüzdə yüz mən futbolçu Samir Abasovu bəyənməzdim

Bu gün "Sumqayıt" futbol klubunun baş məşqçisi Samir Abasovun 40 yaşı tamam olur.
Futbol 12 yanvar

İradə Quliyeva: O vaxt öz kapitan sarğımı ona hədiyyə etmişdim

Azerisport.az əməkdar məşqçi İradə Quliyevanın müsahibəsini təqdim edir.
Futbol 12 yanvar

Reytinq cədvəli açıqlanıb

FİFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb.