1 may 2012 14:15
Bakı Verpakovskini itirdi
Mövsümün əvvəlindən zədəli futbolçular baxımından əziyyət çəkən “Bakı”da vəziyyət indi də yaxşı deyil. Azerisport.az xəbər verir ki, son turda səfərdə “Qəbələ”yə böyükhesabla uduzan “Bakı”nın heyətində Uniston Parks, Aleksandr Şoliç, Juninyo kimi oyunçular hazırda meydançaya çıxmaq iqtidarında deyillər.
Sabiq baş məşqçi Aleksandr Starkovun sevimlisi Maris Verpakovskinin zədəsi isə lap ciddidi. Latviyalı futbolçu üçün mövsüm vaxtından əvvəl başa çatıb. O, hətta kubokun finalında da paytaxt komandasına kömək etməyə bilər.
