1 may 2012 14:36
Neftçidən Böyükağa Hacıyevə yeni müqavilə
Futbol üzrə Azərbaycan çempionatının 2011/12 mövsümünün sonuna 2 tur qalmış qızıl medallara sahib çıxan “Neftçi” baş məşqçisi Böyükağa Hacıyevlə anlaşmasının müddətini uzatmaq qərarına gəlib. Azerisport.az xəbər verir ki, paytaxt klubu artıq çalışdırıcısına yeni müqavilə təklif etməyə hazırlaşır.
Qeyd edək ki, “Neftçi”nin bu mövsümün əvvəlindən çalışdırmağa başlayan Hacıyevin anlaşmasının müddəti bu yay başa çatır. Bu üzdən də rəhbərlik onunla yeni 1 illik müqavilə imzalamağa qərar verib.
Sonda onu da bildirək ki, “Neftçi” bu yay ölkəmizi UEFA Çempionlar Liqasında təmsil edəcək.
