1 may 2012 14:42
AFFA XL və Neftçini cəzalandırdı
Bu gün AFFA İntizam Komitəsinin növbəti iclası keçirilib. Azerisport.az xəbər verir ki, aparılan müzakirələrdən sonra Premyer Liqanın 30-cu turunun oyunları ilə bağlı aşağıdakı qərarlar qəbul edilib:
Premyer Liqanın 30-cu turunun “Turan” – “Sumqayıt” matçının 70-ci dəqiqəsində “Sumqayıt” klubunun məşqçisi Etibar Tanrıverdiyev texniki zona qaydalarını pozduğuna görə meydandan kənarlaşdırıldığı üçün məşqçi 1 oyunluq cəzalanıb, klub 1000 manat cərimə olunub.
“Rəvan” – “Kəpəz” matçının 60-cı dəqiqəsində “Kəpəz”in futbolçusu Eslam Mesallah idmançıya yaraşmayan hərəkətə görə ikinci sarı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün 1 oyunluq cəzalanıb, klubu 200 manat cərimə olunub.
Premyer Liqanın 30-cu turunun “İnter” – “Xəzər Lənkəran” matçının 42-ci dəqiqəsində “Xəzər Lənkəran”ın azarkeşləri tərəfindən pirotexniki vasitələr istifadə olunduğu və 62-ci dəqiqədə meydançaya kənar əşya atıldığı üçün klub 2000 manat cərimə olunub.
“Neftçi” – “Qarabağ” matçının 75-ci dəqiqəsində “Neftçi”nin azarkeşləri tərəfindən pirotexniki vasitələrin istifadə olunduğu üçün klub 1000 manat cərimə olunub. Oyunun 90-cı dəqiqəsində “Qarabağ”ın futbolçusu Maksim Medvedev sonuncu ümid fouluna görə birbaşa qırmızı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün 1 oyunluq cəzalanıb, klubu 200 manat cərimə olunub. Oyun başa çatdıqdan sonra “Neftçi” klubu matçın videoyazısını təqdim etmədiyi üçün klub 1000 manat cərimə olunub.
