1 may 2012 15:04

İngilislər Qəbələ haqda film çəkirlər (FOTO)

Azərbaycan futbolunun Avropada təbliğinə xüsusi diqqət yetirən “Qəbələ” FK bu istiqamətdə yeni layihənin reallaşdırılmasına start verib. Azerisport.az xəbər verir ki, ingiltərəli rejissor və yazar Tom Vatt və quruluşçu operator Simon Bisset “Qəbələ” FK haqda qısametrajlı filmin çəkilişlərinə başlayıb.
 
Bu məqsədlə Azərbaycana səfər edən Vatt Bakıda və Qəbələdə çəkilişlər aparıb. Filmin çəkilişlərində klub prezidentinin müşaviri Toni Adams da iştirak edib. Çəkilişlər əsnasında yaradıcı qrupla görüşən film və onun çəkiliş məqsədi barədə ətraflı məlumat alıb. Tom Vatt filmin ideyasının ortaya çıxma tarixçəsi barədə danışıb: “Toni Adamsla yaxşı münasibətlərim var. Əgər yaxın adamın hər hansı bir yerdə fəaliyyət göstərirsə istər-istəməz onu izləyirsən. Mən də Adams “Qəbələ”də baş məşqçi postunda olduğu dövrdə onun fəaliyyətini izləyirdim. O, klubdakı fəaliyyət profilini dəyişdikdən sonra qərara gəldik ki, “Qəbələ” haqda qısa da olsa, film lentə alaq. Film 28 sentyabr – 4 oktyabr aralığında Londonda keçiriləcək “Kicking + Screening” Beynəlxalq Futbol Film Festivalında nümayiş etdiriləcək. Sözügedən festivalda dünyanın müxtəlif ölkələrindən filmlər izləyicilər qarşısına çıxacaq. Kinofestivalda eyni zamanda müxtəlif səviyyəli qonaqlar və məşhur futbolçular yer alacaq. Şübhəsiz ki, “Qəbələ” haqqında filmin belə festivalda nümayişi Azərbaycan futbolunun dünyada tanıdılması baxımından mühüm rol oynayacaq”.
 
Filmin ideyasından bəhs edən Toni Adams ortaya çıxarılacaq məhsulun klubun böyük layihələrin tamamlanmasından öncəki durumunu əks etdirəcəyini, tarixi bir sənəd rolunu oynayacağını söyləyib. Adams filmdə qısa da olsa Azərbaycan və ölkə futbolu haqqında məlumatların da yer alacağını vurğulayıb: “Filmin çəkilişlərinə Bakıdan başladıq. Çünki birbaşa Qəbələdən başlamaqla izləyicilərə natamam məlumat vermiş olardıq. Filmdə əsasən klubun hazırda görməkdə olduğu işlər, reallaşdırdığı proyektlər yer alacaq. Bunları lentə almaqla əslində gələcəkdə görəcəyimiz möhtəşəm “Qəbələ”nin işlərə haradan başladığını, hansı vəziyyətdən hansı vəziyyətə gəldiyini, əvvəlki və sonrakı dövrünü müqayisə etmək imkanımız olacaq. Gələcəkdə isə klub haqqında daha geniş film çəkiləcək. Bu artıq klubun reallaşdırmaqda olduğu layihələrin tamamlanmasından sonra baş tutacaq”.

Похожие новости

Futbol 31 oktyabr

Xırdalan Media Team — Azərbaycan Media Liqasinin parlaq gücü

Xırdalan Media Team Azərbaycan Media Liqasının ən tanınmış və populyar komandalarından biridir.
Futbol 18 aprel

“Misli”dən canlı oyunlara misli görünməyən əmsalllar fürsəti

Qanuni idman mərc oyunları “Misli” böyük oyunlar üçün xüsusi fürsətlər yaradır. “Misli” dünya futbolunda hər həftə keçirilən əhəmiyyətli oyunlara Misli Görünməyən Əmsallar təklif edir.
Futbol 12 fevral

Nikola Yurçeviç мətbuat konfransı keçirib

Bu gün Bakı Olimpiya Stadionunda Azərbaycan milli komandasının baş məşqçisi Nikola Yurçeviçin mətbuat konfransı keçirilib.
Futbol 22 mart

Qurban Qurbanov: Əvvəl Qarabağla Çempionlar Liqasının qrup mərhələsinin oyunlarının Olimpiya stadionunda keçirilməsinin tərəfdarı deyildim

Martın 23-də, Bakı Olimpiya Stadionunda Belarus yığması ilə yoldaşlıq oyunu keçirəcək Azərbaycan milli komandasının baş məşqçisi Qurban Qurbanovun bu gün mətbuat konfransında səsləndirdiyi fikirləri azerisport.az diqqətinizə çatdırır:
Futbol 07 mart

AFFA-nın XXV növbəti Konfransı keçirilib

Bu gün Bulvar otelində Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) XXV növbəti Konfransı keçirilib.
Futbol 09 fevral

Qurban QURBANOV: Billiatın klubu bizdən transfer pulu istəmişdi, amma 2 500 000 avro yox

Azerisport.az «Qarabağ» futbol klubunun baş məşqçisi Qurban Qurbanovun müsahibəsini təqdim edir.
Futbol 01 fevral

Samir ABASOV: Yüzdə yüz mən futbolçu Samir Abasovu bəyənməzdim

Bu gün "Sumqayıt" futbol klubunun baş məşqçisi Samir Abasovun 40 yaşı tamam olur.
Futbol 12 yanvar

İradə Quliyeva: O vaxt öz kapitan sarğımı ona hədiyyə etmişdim

Azerisport.az əməkdar məşqçi İradə Quliyevanın müsahibəsini təqdim edir.
Futbol 12 yanvar

Reytinq cədvəli açıqlanıb

FİFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb.