1 may 2012 15:16
Neftçi Galatasarayı Bakıya gətirir
Azərbaycan çempionu “Neftçi” Türkiyənin “Galatasaray” klubunu Bakıya gətirmək istəyir. Azerisport.az xəbər verir ki, paytaxt klubu 75 illik yubileyi münasibəti ilə İstanbul təmsilçisi ilə Bakıda yoldaşlıq oyunu keçirmək fikrindədi.
Məlum olduğu kimi “Galatasaray”la “Neftçi” arasında əməkdaşlıq müqaviləsi mövcuddu. Bu üzdən də tərəflərin bu məsələdə razılığa gəlməsi tam mümkündü. Hazırda danışıqlar gedir. Hansısa problem yaranmasa, sözügedən oyun baş tutacaq. Bunun konkret hansı tarixdə olması da danışıqlardan asılıdı.
